Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı Soyqırımının 22-ci il dönümü Almaniyada qeyd edildi.

28 fevral 2014 | 16:00


      Xocalı Soyqırımının  22-ci il dönümü Almaniyada qeyd edildi.


Birlik Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarının Dövlət Dəstək Şurasını maliyyələşdirdiyi. “Azərbaycan həqiqətlərinin dünyada yayılması” layihəsinin Almaniya Federativ Respublikasında həyata keçirdi. Bununla bağlı Beynəlxalq Mətbuat mərkəzində  hesabat toplantısı keçirilmişdir. Həmin toplantıda Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədri Səriyyə Müslüm qızı Cəfərova  Almaniya Respublikasının Berlin, Köln, Hamburq şəhərlərində iştirak etdiyi beynəlxalq konfranslardan söhbət açmışdır. Alman ictimaiyyətinə Xocalı dəhşətlərini məlumatlandırdığını bildirmişdir. Bu layihənin həyata keçirilməsində Xaricdə yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin, Almaniyadakı Azərbaycanlıların Koordinasiya  Mərkəzinin  icraçı direktoru Samirə İsmayılovanı,  Türk-Azərbaycan birliyinin sədri professor Hakkı Kəskinin, Atatürkçü Düşüncə Dərnəyinin Brandenburq cəmiyyəti, Azərbaycanın Almaniyadakı  Fövqəladə və Səlahiyyətli Səfiri Pərviz Şahbazovun bu işdə, bu layihənin uğurla həyata keçməsinə dəstək göstərmişdir. Qeyd edək ki, Berlindəki Türk evində Atatürkçü Düşüncə mərkəzində Brandenburq qapıları qarşısında nümayiş və konfranslara  Milli Məclisin üzvləri Musa Qasımlı, Rövşən Rzayev, MEA-nın Tarix İnstitutunun Qarabağ şöbəsinin müdiri, tarix  elmlər doktoru Qasım Hacıyev də qatılmışdır. Fevralın 21-də başlayan tədbirlər 26-da başa çatmışdır.

Keçidlər