YURDUMUZA BAHAR GƏLİR
Novruz Bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Elə bu məqsədlə də 19 mart 2014-cü il tarixdə Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində Xocalı rayon İcra Hakimiyyətinin, Rayon Mədəniyyət və Turizm şöbəsinin birgə təşkilatçılığı ilə ümumrayon “Novruz şənliy”i keçirilmişdir. Şənlik bayram tonqalının yandırılması ilə başlamışdır.Tədbirdə milli adət-ənənəmizə uyğun olaraq şirniyyat boğçaları, Novruzun rəmzi sayılan səməni və digər atributlar yer almışdır. Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin Başçısı Şahmar Usubov, xalqımızın milli bayramı olan Novruz Bayramı münasibətilə rayon sakinlərini təbrik edərək, Novruzun adət-ənənələrindən, tarixi keçmişindən söhbət açmışdır. Həmçinin rayon İcra Hakimiyyətinin Başçısı bildirmişdir ki, Sovet dövründə Novruz Bayramı qeyri-rəsmi qeyd olunurdu, çünki hökumət orqanları buna icazə vermirdilər və insanları təqib edirdilər. Ancaq bütün bunlara baxmayaraq, əsrlərdən qalmış ənənələrə sadiq olaraq, hər bir azərbaycanlı ailəsi bu bayramı qeyd edirdi.Və bunun nəticəsidir ki, bu gün də Azərbaycan xalqı öz tarixi, milli adət-ənənəsini qoruyaraq, bu bayramı böyük sevinc və qürurla qeyd edir, amma daha qorxaraq, çəkinərək, gizli şəkildə deyil, açıq-aşkara. Bunun da səbəbkarı Ulu Öndərimiz Heydər Əliyev olmuşdur. Çünki məhz o, Azərbaycanı müstəqil bir Dövlətə çevirmiş, öz bayramını sərbəst şəkildə keçirtməyinə şərait yaratmışdır. Rayon Başçısı Ulu Öndərimizin Azərbaycan xalqının tarixi adət-ənənələrinə göstərdiyi diqqət və qayğıdan danışaraq, hazırda da cənab Prezidentimiz İlham Əliyevin bunu layiqincə davam etdirdiyini bildirmişdir. Sonra tədbir mədəniyyət və incəsənət nümayəndələrinin iştirakı ilə geniş bayram konserti ilə davam etdirilmişdir.