Şriftin ölçüsü :

Saytın rəngi :

UNUDULMAZ FACİƏ.

29 mart 2014 | 16:00

     28 mart 2014-cü il tarixdə Xocalı rayon İcra Hakimiyyətinin akt zalında  “31 mart Azərbaycanlıların Soyqırımı Günü”  ilə bağlı ümumrayon tədbiri keçirilmişdir. Tədbirdə rayon ictimaiyyəti, idarə, müəsissə və təşkilat  rəhbərləri iştirak etmişdirlər.
Belə ki, rayon İcra Hakimiyyətinin Başçısı Şahmar Usubov  öz nitqində xalqımızın başına gətirilən müsibətlərdən və bu Soyqırımın miqyasından danışaraq qeyd etmişdir ki,  Mart Soyqırımı 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri genişmiqyaslı soyqırımdır. Soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. Həmçinin rayon İcra Başçısı  Ulu Öndərimizin bu tarixi hadisəyə xüsusi diqqətindən danışaraq, məhz Heydər Əliyevin 26 mart 1998 –ci il tarixli sərəncamı ilə “31 mart Azərbaycanlıların Soyqırımı Günü” kimi qeyd olunumasını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
      Həmçinin tədbirdə Soyqırım haqqında geniş məlumatlar verilmiş və müxtəlif nitqlər söylənilmişdir. Çıxış edənlər erməni vəhşiliyindən danışarq bildirmişlər ki,   1918-ci ilin mart-aprel aylarında Şamaxıda 8 minə qədər dinc sakin qətlə yetirilimiş, Cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələri yandırılmış və uçurulmuşdur. Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılmış, əhalisi məhv edilmişdir. 1918-ci il aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək məhv edilmişdir. Erməni silahlı dəstələri Zəngəzur qəzasında 115 azərbaycanlı kəndini məhv etmiş, 3257 kişi, 2276 qadın və 2196 uşağı öldürmüşdülər. Bütövlükdə bu qəza üzrə 10068 azərbaycanlı öldürülmüş və ya şikəst edilmiş, 50000 azərbaycanlı qaçqın düşmüşdür.
İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı məhv edilmiş, kəndlər isə yerlə yeksan edilmişdir. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş etmiş, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kənd dağıdılımış, əhalisi məhv edilmişdir.

Martın 31-i bizə Azərbaycanın tarixində unudulmaz bir gündür. Günlər var ki, sevincinin böyüklüyü ilə, günlər də var ki, fəlakət və qüssəsinin əzəməti ilə unudulmaz.
31 mart ikinci günlərdən idi.

Keçidlər