XOCALILAR ULU ÖNDƏRİ ANDI.
07.05.2014-cü il saat 11:00 tarixdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar Xocalı rayon İcra Hakimiyyəti Aparatı, YAP Xocalı rayon təşkilatı və Xocalı rayon Gənclər və İdman idarəsinin birgə təşkil etdiyi aşağıdakı tədbirlər keçirilmişdir.
1. Ümummilli lider Heydər Əliyevin Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsindəki abidəsinin ziyarət edilməsi.
2. “Heydər Əliyev müasir Azərbaycan Respublikasının memarı və qurucusudur” mövzusunda seminar müşavirə.
3. Heydər Əliyev müasir Azərbaycan Respublikasının memarı və qurucusudur” mövzusunda Xocalı şəhər 1 saylı tam orta məktəbində inşa müsabiqəsi.
4. Aşağı Ağcakənd qəsəbəsində gənclər arasında kross yarışı və Xocalı şəhər 1 saylı musiqi məktəbində şahmat yarışı.
Ümumilikdə tədbirdə 500-dən artıq rayon ictimaiyyəti nümayəndələri iştirak etmişdir.