SON ZƏNG.
30 may 2014 | 15:00
Azərbaycan Respublikasının orta ümumtəhsil məktəblərində 2013 - 2014-cü il tədris ilinin sonu ilə əlaqədar 30-31 may 2014-cü il tarixdə Xocalı rayon ümumtəhsil məktəblərində son zəng tədbiri keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyəti Başçısı Ş.Ş,Usubov məzunları dərs ilinin bitməsi münasibəti ilə təbrik edərək onlara gələcəkdə ali məkətblərə daxil olmalarını arzu etdi. Sonra Ş.Ş.Usubov fərqlənən fəal müəllim və şagirdləri diplomlarla təltif etdi. Tədbir geniş konsert proqramı ilə başa çatdı.