Şriftin ölçüsü :

Saytın rəngi :

22 İYUL MİLLİ MƏTBUAT GÜNÜ.

22 iyul 2014 | 15:00


   
  

 

      22 iyul 2014-cü il tarixdə  Xocalı rayon İcra Hakimiyyətinin və Xocalı rayon Mədəniyyət və Turizm şöbəsinin  təşkilatçılığı ilə Xocalı rayon Mədəniyyət evində  22 iyul Milli Mətbuat günü münasibəti ilə ümumrayon tədbiri keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Xocalı Rayon İcra Hakimiyyəti başçısının müavini Lamiə Qarayeva  dövrün görkəmli ziyalısı Həsən bəy Zərdabinin  22 iyul 1875-ci ildə nəşr etdirdiyi  “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan Milli Mətbuat günü münasibəti ilə mətbuat nümayəndələrini  Xocalı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubovun  adından ürəkdən təbrik etdi.
    Çıxış edənlər  bildirdilər ki, mətbuatımızda cox mühüm rol oynayan ciddi senzura altında  cəmi 56 nömrəsi çapdan çıxan “Əkinçi” qəzetinin nəşrinə 1877-ci idə qadağa qoyulmuşdur. Buna əsas səbəb kimi Rusiya-Türkiyə müharibəsinin başlanması və qəzetin siyası mövzulara toxunması olub.  Lakin Ulu Öndər Heydər Əliyevin hakimiyyətə  gəlişindən sonra digər sahələrdə olduğu kimi,  mətbuat sahəsində də ciddi irəliləyişlər baş verdi. Belə ki, Ulu Öndərin 1998-ci il 16 avqust tarixli “Azərbaycan Respublikasında söz,  düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında” fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edildi. Bu fərman KİV-nin  sürətli inkişafına ciddi təkan verməklə yanaşı, onların rasionallığının artırılması sahəsində geniş  Dövlət Proqramının əsas istiqamətlərini müəyyən etdi. Azərbaycanda mətbuatın inkişafına töhfə verən digər vacib amil  ölkənin nüfuzlu beynəlxalq təşkilata –Avropa  Şurasına daxil olması idi. Təşkilata daxil olduqdan sonra ölkədə aparılan demokratik islahatlar, söz və mətbuat azadlığının daha geniş təşəkkülünə şərait yaratdı.
     Azərbaycan Prezidenti İlham Əliyevin  2009-cu ilin martın sonunda imzaladığı Sərəncamla Prezident yanında  KİV-ə  Dövlət  Dəstəyi  Fondu  yaradıldı. Fondun yaradılmasında məqsəd Azərbaycanda fikir, söz və məlumat azdlığı şəraitini yaxşılaşdırmaq, o cümlədən buna xidmət edən KİV-ə dövlət dəstəyi idi.
      Milli özünüdərkin bərqərar olmasında, vətəpərvərlik hisslərinin aşılanmasında , milli və ümumbəşəri dəyərlərin təbliğində müstəsna rol oynamış Azərbaycan mətbuatı xalqımızın azadlıq və mütəqillik uğrunda mübarizəsinə öz böyük töhfəsini vermişdir.
      Yarandığı 139  il ərzində Azərbaycan milli mətbuatı zəngin və mənalı bir inkişaf yolu keçmişdir. Azərbaycan xalqının qədim ədəbi və mədəni irsə malik olması,  Şərq və Qərb sivilizasiyasının qovuşduğu məkanda formalaşmış mədəniyyəti demokratik milli mətbuatın gələcək inkişafı üçün möhkəm zəmin yaratmışdır. Sonda tədbir konsert proqramı ilə davam etmişdir.
 

Keçidlər