Şriftin ölçüsü :

Saytın rəngi :

BİLİK GÜNÜ!

16 sentyabr 2014 | 15:00

  

    Azərbaycan təhsilinin bugünkü inkişafı öz mənbəyini ötən əsrin 70-ci illərindən ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə aparılan uzaqgörən və məqsədyönlü siyasətdən alıb, o vaxtdan başlayan qlobal miqyaslı təhsil quruculuğu sonrakı inkişaf üçün güclü təməl olub.
Böyük öndər Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından sonra da ölkəmizdə elmin, təhsilin inkişafına hesablanan böyük işlər görüb. Məktəb tikintisi, xaricdə təhsil, peşə təhsilinə diqqət, şagirdlərə dərsliklərin pulsuz verilməsi yenidən reallaşıb, büdcədən təhsilə ayrılan vəsait ildən-ilə çoxalıb. 1993-2003-cü illərdə təhsil işçilərinin əməkhaqqı 9 dəfə artırılıb. Hər il ən yüksək bal toplayan gənclərə xüsusi Prezident təqaüdü, istedadlı gənclərə fəxri təqaüdlərin verilməsi də təhsilə qayğı idi. 1993-2003-cü illərdə 6 yeni akademiya təsis edilib, özəl ali məktəblər yaradılıb....
     Son illərdə Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoyub. Prezident İlham Əliyevin qayğısı, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr ulu öndərin təhsil siyasətinin uğurlu davamının göstəricisidir. Bir faktı xatırlatmaq kifayətdir: ölkəmizdə təhsil sisteminin bütün pillələri üzrə Dövlət proqramları uğurla həyata keçirilir. Bu, bir həqiqətə - Prezident İlham Əliyevin təhsili dövlət siyasətinin prioritetlərindən biri kimi diqqətdə saxlaması həqiqətinə söykənir. Azərbaycan təhsilində ən uğurlu nəticələrdən biri məktəb tikintisinin geniş vüsət almasıdır. 2003-cü ildən indiyədək ölkəmizdə iki mindən çox yeni məktəb binası tikilib. O cümlədən, bir sıra məktəblər üçün əlavə korpuslar tikilib, əsaslı təmir olunub. Yeni məktəblərinin tikintisi, əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqlarla təminatı, infrastrukturunun yeniləşdirilməsi nəticəsində, ümumilikdə ölkə üzrə 1 milyondan çox şagirdin təlim şəraiti yaxşılaşdırılıb.
      Prezident İlham Əliyevin yeni dərs ili ərəfəsində təzə tikilən və əsaslı təmir olunan təhsil ocaqlarında olması, işlərin gedişi ilə yaxından tanışlığı, tapşırıq və tövsiyyələrini verməsi Dövlət başçısının bu səhəni hər zaman diqqətdə saxlamasının göstəricisi olmaqla yanaşı, bu istiqamətdə görülən işlərin keyfiyyətinə də müsbət təsir edir....
     Şagirdlərinin dərsliklərlə pulsuz təminatı üçün də yeni dərs ili ərəfəsində lazimi tədbirlər həyata keçirilib.
      Prezident İlham Əliyevin sərəncamı ilə “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” mükafatlarının təqdimatı da məktəb və müəllimin statusunun yüksəldilməsinə xidmət edir.
       “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində gənclərin dünyanın müxtəlif ölkələrinin nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilməsi istiqamətində də işlər uğurla davam etdirilir. Onların bir qismi təhsilini başa vuraraq Vətənə qayıdıb....
        Təhsilin inkişafında Heydər Əliyev Fondu və onun Prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri də xüsusi vurğulanmalıdır. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində son illərdə ölkəmizdə müasir tələblərə cavab verən 400-ə yaxın məktəb tikilib və yenidən qurulub, həmçinin 40-a yaxın uşaq evi və internat məktəbi əsaslı təmir və bərpa olunub, lazımi avadanlıqla təchiz edilib. Fondun dəstəyi ilə əyani tədris vəsaitləri çap edilib. “Təhsilə dəstək” layihəsi çərçivəsində yeni dərs ili ərəfəsində məktəblilərə çanta və dərs ləvazimatının paylanması isə artıq ənənəyə çevrilib. Fond 2004-cü ildən başlayaraq hər il qaçqın və məcburi köçkün ailələrindən olan uşaqları, eləcə də xarici ölkələrdə yaşayan məktəbli soydaşlarımızı yeni dərs ilində yeni dərs vəsaitləri ilə sevindirir. Gürcüstan, Rusiya Federasiyası, Hollandiya, Türkiyə, Rumıniyada yaşayan məktəbli soydaşlarımız da belə hədiyyələr alırlar.....
     Beləliklə, sentyabrın 15-i ölkəmizin bütün ümumtəhsil məktəbləri və ali təhsil ocaqlarında yeni dərs ili başlayır. Elə bu məqsədlə də Xocalı rayon ümumtəhsil müəssisələri də 15 sentyabr bilik gününü böyük təntənə ilə qeyd elədilər. Tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı Ş.Ş.Usubov başda olmaqla, rayonun digər idarə. müəssisə və təşkilat rəhbərləri də iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahmar Usubov şagirdləri  15 sentyabr bilik günü münasibəti ilə ürəkdən təbrik etmiş, onlara gələcək həyatlarında  uğurlar və vətənə layiqli övladlar olamlarını arzulamışdı. Sonda məktəblilərə məktəbli ləvazimatları hədiyyə olunmuşdur.

 

Keçidlər