Şriftin ölçüsü :

Saytın rəngi :

Aprel döyüşləri şəhidimiz Sarvan Mehralıyevin məzarı ziyarət edilib.

02 aprel 2024 | 11:08
     Aprel döyüşlərində qəhrəmancasına şəhid olan Mehralıyev Sarvan Natiq oğlunun şəhidlik zirvəsinə ucaldığı gündən 8 il keçir.
     Aprel döyüşlərinin şəhidi Sarvan Mehralıyevin məzarı şəhidimizin atası Natiq Mehralıyev, Xocalı rayon İcra Hakimiyyəti Başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şəhriyar Quliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsinin, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Xocalı rayonu üzrə Gənclər və İdman sektorunun, "Xocalı Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri tərəfindən ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri qoyulmuş və ruhuna dualar oxunmuşdur.
     Qeyd edək ki, əslən Xocalı rayonundan olan Sarvan Mehralıyev 1997-ci ilin 8 iyul günündə Ağdam rayonunun Ballar kəndində anadan olub. Sarvan Mehralıyev 2014-cü ildə Pirallahı rayonunda yerləşən 186 saylı tam orta məktəbi bitirib.
     Əsgər Sarvan Mehralıyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub.
     Aprelin 3-ü isə Sarvan Mehralıyev Ağdam rayonunun Üçoğlan kəndində son mənzilə yola salınıb. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılıb. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Mehralıyev uğrunda şəhid olduğu torpağa tapşırıldı.
     Sarvan Mehralıyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilib.
     Uca Tanrıdan vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş Şəhidlərimizə rəhmət diləyirik!
Keçidlər