Şriftin ölçüsü :

Saytın rəngi :

Aşağı Ağcakənd qəsəbəsində "Qan ver, həyat qurtar" devizi altında qanvermə aksiyası keçirildi

28 aprel 2023 | 17:35
    TƏBİB-in tabeliyində  fəaliyyət göstərən "Xocalı Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin təşəbbüsü, Xocalı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Mərkəzi Qan Bankının Gəncə bölməsinin iştirakı ilə 28 aprel 2023-cü il tarixində "Xocalı Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsdə Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əliyevanın anadan olmasının 100 illiyi münasibətilə "Qan ver, həyat qurtar" devizi altında qanvermə aksiyası keçirildi. 
     Aksiyada Xocalı rayon ictimaiyyətinin nümayəndələri və könüllülər fəal iştirak etdlər. 
     Donorlar bu cür aksiyaların keçirilməsini yüksək qiymətləndiriblər və digər şəxsləri də qanvermədə fəal iştirak etməyə səsləyiblər.
     Qeyd edək ki, tədarük olunan qan və ondan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan insanların müalicəsində istifadə olunacaq.
Keçidlər