Şriftin ölçüsü :

Saytın rəngi :

Aşağı Ağcakənd qəsəbəsində səyyar qəbul-görüş keçirildi

28 aprel 2022 | 12:44
     Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov 2022-ci ilin aprel ayında yerlərdə keçirəcəyi qəbul və görüşlərin qrafikinə əsasən aprel ayının 28-də Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində yerləşən Xocalı şəhər iəd üzrə nüamyəndəliyin inzibati binasında həmin ərazidə kompakt şəkildə müvəqqəti olaraq məskunlaşmış Xocalı şəhər sakinləri ilə səyyar qəbul-görüş keçirdi.   
     Görüşdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, rayon icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisələrin rəhbərləri və sakinlər iştirak etdilər. 
     Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov çıxış edərək son illərdə respublikamızın, o cümlədən Xocalı rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində görülən tədbirlər, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində ölkə rəhbərliyi tərəfindən həyata keçirilən sosial layihələr barədə şəhər sakinlərinə məlumat verdi.
     İcra başçısı qəbulda iştirak edən sakinləri dinləyərək onların qaldırdıqları problemlərin həll olunması üçün müvafiq tapşırıqlar verdi.
     Səyyar qəbul-görüşdə 52 nəfər iştirak etmişdir. 
Keçidlər