Azərbaycan polisi məsuliyyətli və şərəfli vəzifəsinin öhtəsindən bacarıqla gəlir
02 iyul 2024 | 09:56
Xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində 2 İyul - Azərbaycan Polisi Günü münasibətilə tədbir keçirildi.
Tədbirdə Xocalı rayon İcra Hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak etdilər. Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzdülər.
Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov 2 İyul - Azərbaycan Polisi Günü münasibətilə polisləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı. Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, peşəkar kadrların irəli çəkilməsi ilə bağlı mühüm qərarlar qəbul edilməsindən danışdı. Həmçinin Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində daxili işlər orqanlarının davamlı inkişafda olmasından bəhs etdi.
Şahmar Usubov qeyd etdi ki, çox qürurlandırıcı haldır ki, bu gün Azərbaycan polisi azad torpaqlarımızda öz şərəfli peşəsini layiqincə yerinə yetirir. Birinci Qarabağ Müharibəsində torpaqlarımızı, vətəndaşlarımızı polislərimiz qoruyurdu. Vətən Müharibəsi və Antiterror əməliyyatlarında Azərbaycan polisi böyük fədakarlıqlar göstərdi. Koronavirusun yayıldığı dönəmlərdə də Azərbaycan polisi çox əziyyət çəkdi.

Azərbaycan polisi ən çətin məqamlarda dövlətçiliyimizi qoruyub, sabitliyin, əmin-amanlığın keşiyində durub və bu gün də vətəndaşların hüquq və azadlıqlarının etibarlı təminatçısı kimi vəzifə borcunu şərəflə yerinə yetirməkdədir.