Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 106 illiyinə həsr olunmuş təntənəli bayram tədbiri keçirilib
25 iyun 2024 | 14:51
Xocalı Rayon İcra Hakimiyyəti və Goranboy rayonunda yerləşən “N” saylı hərbi hissənin birgə təşkilatçılığı ilə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 106 illiyinə həsr olunmuş təntənəli bayram tədbiri keçirilib.
Tədbirdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsinin rəisi Rahim Mustafayev, "N" saylı hərbi hissənin əsgər və zabitləri, şəhid ailələrinin üzvləri, qazilər, veteranlar, idarə, müəssisə, təşkilatların kollektivləri, ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon icra hakimiyyətinin başçısı Şahmar Usubov çıxış edərək tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edib, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğundan, Ümummilli Liderin layiqli davamçısı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə qazanılan uğurlardan, Azərbaycan Ordusunun keçdiyi inkişaf yolundan, 44 günlük Vətən müharibəsində əldə edilən şanlı Zəfərdən, döyüşlərdə hərbçilərimizin göstərdiyi şücaətlərdən danışıb.
Tədbir Xocalı rayon Mədəniyyət Evinin, Xocalı şəhər 1 və 3 nömrəli Uşaq-Uşaq musiqi məktəblərinin hazırladıqları konsert proqramı ilə davam edib.