Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın çoxəsrlik tarixinin parlaq səhifələrindən biridir

27 may 2024 | 12:21
     28 May - Müstəqillik Günü hər bir azərbaycanlının milli qürur hissi duyduğu gündür. Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulduğu 1918-ci il mayın 28-i xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunub. Əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan xalqımız ötən əsrin əvvəllərində, bu işıqlı may günündə öz arzusuna qovuşub. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması XX əsrdə xalqımızın həyatında yeni bir mərhələ, tarixi hadisə idi.
     Bu fikirlər Müstəqillik Günü münasibətilə mayın 27-də Xocalı rayon Mədəniyyət Evində keçirilən tədbirdə səsləndirildi.
    Tədbiri Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva açaraq, rayon ictimaiyyətini əlamətdar gün və Xocalıya qayıdışımız münasibətilə təbrik etdi.
Xalq Cümhuriyyətinin yarandığı dövrə qısa nəzər saldı, müstəqil Azərbaycan Respublikasının Cümhuriyyətin varisi olduğunu vurğuladı. Bildirdi ki, cəmi 23 ay fəaliyyət göstərmiş bu respublika xalqımızın tarixində böyük iz qoyan tədbirlər həyata keçirib, Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaradıb. Xalq Cümhuriyyətinin yaranması Azərbaycanın dövlətçilik tarixinin qürurverici səhifəsidir.
    Sonra Vətən Müharibəsi iştirakçısı, Xocalı şəhər 5 saylı tam orta məktəbin riyaziyyat müəllimi Vüqar Kərimov, Xocalı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Aqil Məmmədov çıxış edərək vurluğadılar ki, Xalq Cümhuriyyətinin hüquqi və mənəvi varisi olan Azərbaycan Respublikası 1918-1920-ci illərdə toplanmış böyük tarixi təcrübəyə söykənərək, demokratik dövlət quruculuğunu dönmədən həyata keçirir, inkişaf etdirir. Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan yeni inkişaf dövrünü yaşayır, dünya dövlətləri içərisində öz layiqli yerini tutur.
     Daha sonra Xocalı rayon 4 saylı tam orta məktəbin şagirdləri vətənpərvərlik ruhunda yazılmış şeirlər səsləndirdilər.
     Tədbir Xocalı rayon Mədəniyyət Evininin və Xocalı şəhər 3 nömrəli Uşaq-musiqi məktəbinin hazırladığı Müstəqillik Gününə həsr olunan konsert proqramı ilə başa çatdı.
Keçidlər