Şriftin ölçüsü :

Saytın rəngi :

Bakıda məişət zorakılığı ilə bağlı beynəlxalq konfrans keçirilib

12 dekabr 2023 | 14:21
     Dekabrın 6-7-də “Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilib.
    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən konfransda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, beynəlxalq təşkilatların və xarici ölkələrin nümayəndələri iştirak ediblər.
     Tədbir məişət zorakılığı ilə mübarizəyə həsr olunmuş videoçarxın nümayişi ilə başlanıb.
     İki gün davam edən konfransda rəsmi şəxslərin çıxışlarından sonra panel müzakirələrə yer verilib.
     Konfransda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova komitəyə hər il təqribən 400-ə yaxın müraciət daxil olduğunu deyib. Qeyd edib ki, hər bir müraciət nəzarətə götürülür, zərər çəkmiş şəxslərə dəstək məqsədilə dövlət orqanları arasında əlaqələndirmə həyata keçirilir.
     Komitə sədri çıxışında dövlətimizin başçısının 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın əhəmiyyətindən də danışıb.
     Bahar Muradova vurğulayıb ki, rayon icra hakimiyyəti başçılarının müavinlərinin üzərinə çətinlik törədən vəzifələr düşür. Bunlara böyük həvəslə, ruhla, qətiyyətlə yanaşmalı olduğunu tövsiyə edib.
     Qeyd edək ki, konfransda Xocalı rayonunu təmsil edən şəxs qismində Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini, məişət zorakılığı ilə mübarizədə Xocalı rayon monitorinq qrupunun sədri Lamiyə Qarayeva iştirak edib.
Keçidlər