Şriftin ölçüsü :

Saytın rəngi :

Bugünkü müstəqil Azərbaycanın memarı, xalqı və dövləqti qarşısında misilsiz xidmətləri olan Ümummulli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə rayonumuzun təhsil, mədəniyyət ocaqlarında, idarə və təşkilatlarda silsilə tədbirlər keçirilmişdir.

10 may 2022 | 10:54
     10.05.2022-ci il tarixdə Xocalı rayon mədəniyyət evində Xocalı rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Xocalı rayon təşkilatının birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə tədbir keçirildi. Tədbirdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov, Yeni Azərbaycan Partiyasının Xocalı rayon təşkilatının sədri Vahid Əliyev, idarə, müəssisə, təşkilat nümayəndələri və rayon ictimaiyyəti iştirak etdilər.
     Tədbirdə ilk öncə Ulu öndər Heydər Əliyevin əziz ruhu bir dəqiqəlik sükutla yad edildi.
     Sonra Xocalı rayon Təhsil Şöbəsinin müdir müavini Nəcəf Həsənov çıxış edərək bildirdi ki, Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan dilinin inkişafına xüsusi diqqət yetirib. Çünki ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir. Ana dili hər bir xalqın milli sərvəti, həmin xalqın varlığının təsdiqidir. Dil millətin formalaşmasında vacib olan amillərdən biridir. Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətinin rəhbəri olduğu ilk illərdən ana dilinin sosial-siyasi, ideoloji problemləri ilə bilavasitə məşğul olub. 1980-ci illərin sonu, 90-cı illərin əvvəllərində Azərbaycanda milli azadlıq hərəkatının gedişində ana dilinin ictimai-siyasi nüfuzunun güclənməsi də Ulu öndər Heydər Əliyevin vaxtilə yürütdüyü siyasətin bilavasitə nəticəsi idi. 
     Yeni Azərbaycan Partiyasının Xocalı rayon təşkilatının sədri Vahid Əliyev çıxış edərək qeyd etdi ki, ölkəmizin milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan dahi rəhbər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti ən yeni tariximizdə müstəsna yer tutur. Yüksək insani keyfiyyətlərinə, mükəmməl dövləti idarəetmə bacarığına, xalqa xidmət mədəniyyətinə görə Heydər Əliyev dünyada nadir tarixi şəxsiyyətlər sırasındadır. Bu gün müstəqil Azərbaycan dövlətinin yaşaması, qüdrətli ölkə kimi təşəkkülü üçün ümummilli lider Heydər Əliyevə minnətdarıq. Bunu demək yerinə düşər ki,  hər bir vətəndaşımızın qəlbində əbədiyaşarlıq zirvəsini fəth etmiş Heydər Əliyev əmanət olaraq xalqımıza zəngin maddi və mənəvi dəyərlər, alternativsiz dövlətçilik konsepsiyası, siyasi və iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində olan güclü Azərbaycanı qoydu.
     Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov çıxış edərək bildirdi ki, Heydər Əliyev həm sovet dövründə, həm də müstəqillik illərində Azərbaycan iqtisadiyyatının inkişafı üçün tarixi xidmətlər göstərmişdir. Bu gün biz böyük qürur hissi ilə deyə bilərik ki, müstəqil Azərbaycan dövlətinin yeni iqtisadi sisteminin yaradılması da Heydər Əliyevin adı ilə bağlıdır. Bu elə bir iqtisadi sistemdir ki, o, respublikamızın perspektiv inkişaf, xalqın yaşayış səviyyəsinin yüksəldilməsi imkanlarını reallaşdırmaq üçün güclü zəmin yaratmağa qadirdir. Müstəsna təşkilatçılıq qabiliyyətinə, zəngin idarəçilik təcrübəsinə, dərin analitik təfəkkürə malik olan Heydər Əliyevin müstəqil Azərbaycanın inkişaf strategiyası barədə baxışları fundamental xarakter daşıyır. Bu konseptual baxışlar Azərbaycan reallığına, onun malik olduğu imkanların sistemli təhlilinə, qloballaşan dünyada gedən proseslərin milli maraqlar baxımından qiymətləndirilməsinə əsaslanır. 
     Eyni zamanda 10.05.2022-ci il tarixdə Xocalı Rayon İcra Hakimiyyəti, Xocalı rayon Gənclər və İdman İdarəsi və YAP Xocalı rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş məktəblilər arasında voleybol üzrə rayon birinciliyi keçirilmişdir. Gərgin İdman mübarizəsi şəraitində keçən yarışda Xocalı rayon Kosalar kənd tam orta məktəbi 1-ci yer, Xocalı rayon Yaloba kənd tam orta məktəbi 2-ci yer, Xocalı rayon Əli Kərim adına Başkənd kənd tam orta məktəbi isə 3-cü yeri qazanmışdır.
     Qaliblər fəxri fərman və hədiyyələrlə mükafatlandırılmışdır.
     06.10.2022-ci il tarixdə Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibəti ilə Goranboy rayonunun Aşağ Ağcakənd qəsəbəsində fəaliyyət göstərən “Xocalı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin kollektivi də “Heydər Parkı”nda ucaldılan Ulu öndərin abidəsini ziyarət etdilər. “Xocalı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin akt zalında davam edən tədbirdə publik hüquqi şəxsin direktoru Aqil Məmmədov Heydər Əliyevin həyat yolu haqqında geniş və ətraflı çıxış etdi. Müstəqil Azərbaycanın bugünkü inkişafı və qələbələrinin qazanılmasında, uğurlu daxili və xarici siyasətin aparılmasında Heydər Əliyevin müstəsna xidmətlərindən, məcburi köçkünlərə, şəhid ailələrinə, o cümlədən xocalılara olan qayğısından danışdı.
Keçidlər