Şriftin ölçüsü :

Saytın rəngi :

Dünya ikincisi olan idmançımızla görüş keçirilib

23 may 2025 | 11:06
     Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Dünya Kubokunda iştirak etmiş parapauerliftinqçi Zeynalov Talib Ramin oğlu ilə görüşüb. Rayon icra hakimiyyəti başçısı aparatının akt zalında keçirilən görüşdə Qarabağ Regional Gənclər və İdman İdarəsinin Xocalı rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Elməddin Bağırov, idmançının valideyni, rayon fəalları və gəncləri də iştirak edib.
     Görüş çərçivəsində Talib Zeynalovun əldə etdiyi qələbədən və ölkəmizdə idmanın inkişafı üçün idmançılara göstərilən diqqət və qayğıdan danışılıb.
     Məlumat üçün bildirək ki, parapauerliftinqçimiz (+107 kq) ümumi qaldırmada üç hərəkətin cəmində 307 kq nəticə ilə gümüş medala layiq görülüb.
     İdmançı Talib Zeynalov Xocalı rayon İcra Hakimiyyəti və Qarabağ Regional Təhsil İdarəsi tərəfindən fəxri fərman və diplomla mükafatlandırılıb.
Keçidlər