“Gənclər gələcəyimizdir” mövzusuunda gənclərlə maarifləndirici görüş keçirilib
18 dekabr 2023 | 16:19
18.12.2023-cü il tarixdə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində fəaliyyət göstərən Xocalı Rayon Mədəniyyət Evində “Gənclər gələcəyimizdir” mövzusu ətrafında gənclərlə maarifləndirici görüş keçirilib.
Xocalı rayon İcra Hakimiyyəti, Qarabağ regional Gənclər və İdman idarəsinin Xocalı rayonu üzrə Gənclər və İdman sektorunun təşkilatçılığı ilə keçirilən görüşdə rayonun ictimai-siyasi həyatında aktiv olan gənclər iştirak ediblər.
Tədbirdə işitrak edən Xocalı rayon icra hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva və digər natiqlər Ümummilli lider Heydər Əliyevin gənclərə diqqət və qayğısından söz açıblar. Bildirilib ki, ölkəmizdə uğurlu gənclər siyasətinin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər hər zaman gənclərə xüsusi qayğı ilə yanaşmış, gənclərin problemləri hər an Onun diqqət mərkəzində olmuş, yüksək intellektual səviyyəyə, müasir dünyagörüşünə malik gənc nəslin yetişməsinə olduqca böyük əhəmiyyət vermişdir.
Tam əminliklə söyləmək olar ki, bu gün ölkə həyatının ən müxtəlif sahələrində gənclərimiz böyük müvəffəqiyyətlə bilik və bacarıqlarını nümayiş etdirməkdədirlər. Azərbaycan gəncləri Ulu öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin ətrafında sıx birləşib.
Sonda “Ulu öndərin gənclərə diqqət və qayğısı” mövzusunda hazırlanmış sənədli film təqdimatı olunub.