Göyçay şəhərində müvəqqəti olaraq məskunlaşmış Xocalı rayon sakinlərinin növbəti səyyar görüş-qəbulu keçirildi
19 may 2022 | 15:37
Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov 2022-ci ilin may ayında yerlərdə keçirəcəyi qəbul və görüşlərin qrafikinə əsasən may ayının 19-da Göyçay şəhərində müvəqqəti olaraq məskunlaşmış Xocalı rayon sakinləri ilə səyyar qəbul-görüş keçirdi. Görüşdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, rayon icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisələrin rəhbərləri və sakinlər iştirak etdilər.
Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov çıxış edərək son illərdə respublikamızın, o cümlədən Xocalı rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində görülən tədbirlər, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində Ölkə Rəhbərliyi tərəfindən həyata keçirilən sosial layihələr barədə sakinlərinə məlumat verdi.
İcra başçısı qəbulda iştirak edən sakinləri dinləyərək onların qaldırdıqları problemlərin həll olunması üçün müvafiq tapşırıqlar verdi.
Səyyari görüş-qəbulda 24 nəfər iştirak etmişdir.