Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev – müstəqil və qüdrətli Azərbaycanın banisi” mövzusunda dəyirmi masa keçirildi

27 may 2025 | 09:55
     27.05.2025-ci il tarixdə xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində 28 May – Müstəqllik Günü münasibətilə dəyirmi masa keçirildi.
     Tədbirdə rayon icra hakimiyyəti başçısı aparatının məsul şəxsləri, ziyalılar iştirak etdilər.
     Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva tədbiri giriş sözü ilə açaraq bildirdi ki, 1918-ci ilin may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla müstəqilliyimizi dünyaya bəyan etdi. Fəaliyyət göstərdiyi cəmi iyirmi üç ay ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradıldı, dövlət atributları təsis olundu, sərhədləri müəyyən edildi, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirildi. Cümhuriyyətin diplomatik müstəvidə milli maraqlarının qorunması istiqamətində mühüm addımlar atıldı. Cümhuriyyət milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında əsaslı rol oynadı.     
     Lamiyə Qarayeva XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycanı parçalanmaqdan məhz Ümummilli Lider Heydər Əliyevin xilas etdiyini, Ulu Öndər siyasi kursunun davamçısı Prezident İlham Əliyevin müasir dünyaya səs salan Zəfər salnaməsi ilə Azərbaycanın öz müqəddəratını təyin etməyə qadir olduğunu bir daha sübut etdiyini vurğuladı.
     Tədbirdə Xocalı rayon Meşəli kənd tam orta məktəbin Tarix müəllimi Sabir Qasımovun, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Xocalı rayonu üzrə Gənclər və İdman sektorunun əməkdaşı Bəxtiyar Məmmədovun və “Xocalı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direkoru Aqil Məmmədovun dahi şəxsiyyət Heydər Əliyevin müstəqil dövlətçiliyimizin qorunub möhkəmlənməsində müstəsna xidmətləri, həmçinin zəngin dövlətçilik fəaliyyətində gənclər siyasəti və səhiyyəmizə qayğsından bəhs edən məruzələri dinlənildi. Çıxış edən natiqlər Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixindən söhbət açdılar. Müstəqilliyimizin möhkəmləndirilməsində, əbədiliyinin və dönməzliyinin təmin edilməsində müasir müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli lider Heydər Əliyevin əvəzsiz tarixi xidmətlərindən danışdılar. Bildirildi ki, 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan, Azərbaycan Xalq Cümhuriyyətinin layiqli varisidir, onun bütün demokratik ənənələrinə sadiqdir və bu ənənələri yaşadır.
Keçidlər