Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa keçirilib

02 fevral 2023 | 14:43
     Fevralın 2-də Xocalı rayon İcra Hakimiyyəti və Xocalı rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa keçirilib.
     Əvvəlcə rayonun idarə, müəssisə rəhbərləri və əməkdaşları, Vətən müharibəsi iştirakçıları, fəal gənclər qəsəbədə ucaldılmış Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə dərin hörmət və ehtiram əlaməti olaraq gül dəstələri düzüblər.
     Dəyirmi masa ətrafında çıxışlarda bildirilib ki, ictimai-siyasi, mədəni həyatımızın müxtəlif sahələrində sistemli islahatlar aparan böyük öndərimiz bütün bu proseslərdə gənclərin roluna həmişə xüsusi fikir verirdi. Müxtəlif qurumlarda, dölət idarələrində, siyasi və iqtisadi arenalarda gənclərin fəal iştirakını təmin edirdi. Ümummilli lider Heydər Əliyev gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edib. Heydər Əliyevin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövürlərdə yüzlərlə yeni tədris ocaqları, gənclik mərkəzləri, hərbi məktəblər açılmış, minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almış, müasir ixtisaslara yiyələnmişdir.
     Çıxışlarda hər bir Azərbaycan gəncinin Ümummilli lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində daim rəhbər tutmalı, Azərbaycan gəncliyinin lideri olan möhtərəm Prezidentimiz İlham Əliyevin  rəhbərliyi  altında Azərbaycanın müstəqilliyinin əbədi yaşaması üçün yumruğunu bir hədəfə vurmasının vacibliyi vurğulanıb.
Keçidlər