Şriftin ölçüsü :

Saytın rəngi :

İdeoloji maarifləndirmə konsepsiyasının müddəaları əsasında Xocalı rayon ictimaiyyəti ilə görüş təşkil olundu.

10 yanvar 2024 | 10:17
     10.01.2024-cü il tarixdə Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə İdeoloji Maarifləndirmə Konsepsiyasının müddəaları əsasında Xocalı rayon ictimaiyyəti ilə görüş keçirilib.
     Görüşdə rayon icra hakimiyyətinin başçısı Şahmar Usubov, Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul şəxsləri, təbliğat qruplarına daxil olan idarə, təşkilat, müəssisə rəhbərləri, vətəndaş cəmiyyəti institutları, QHT nümayəndəri, habelə şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və rayonun ictimai-siyasi həyatında fərqlənən təhsil işçiləri iştirak ediblər.
     Tədbirdə çıxış edən Şahmar Usubov bildirib ki, tədbirin əsas məqsədi Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində parlaq tarixi qələbə qazanan və yeni inkişaf mərhələsinə qədəm qoyan ölkəmizdə həyata keçirilən dövlət siyasətinin uğurları, əldə olunmuş nailiyyətlər, habelə bu siyasətin prioritet istiqamətləri barədə hər bir vətəndaşımızın məlumatlandırılmasının müstəsna əhəmiyyətini nəzərə alaraq, RİH başçısının Sərəncamı ilə yaradılmış təbliğat qruplarının maarifləndirmə işini daha da gücləndirməkdir.
     Şahmar Usubov həmçinin ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğunun genişləndiyi və demokratiyanın bərqərar olduğu dövrdə cəmiyyətimizdə gedən proseslərin düzgün qiymətləndirilməsinin, möhtərəm Prezident cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin hər bir Azərbaycan vətəndaşı tərəfindən düzgün və dərindən dərk edilməsinin zəruri olduğunu vurğulayıb.
     Qeyd edib ki, təbliğat qrupları ideoloji maarifləndirmə konsepsiyasına uyğun olaraq geniş əhali kütləsi arasında, gənclərlə görüşlər zamanı Ulu Öndərin irsinin öyrənilməsi, Prezident İlham Əliyevin çoxşaxəli siyasəti, Müzəffər Ali Baş Komandan-xalq-ordu birliyi, azərbaycançılıq, Vətən müharibəsi zəfəri mövzularına toxunmalı və maarifləndirmə işini gücləndirməlidirlər.
     Daha sonra rayonumuzda İdeoloji Maarifləndirmə Konsepsiyasına uyğun olaraq yaradılmış təbliğat qruplarında fəallıq göstərən gənclərin sosial şəbəkə hesablarında ölkəmizdə aparılan dövlətçilik strategiyası, Cənab Prezidentimizin apardığı daxili və xarici siyasətlə bağlı paylaşımları müzakirə olunub. Ümumi respublika göstəricisi ilə rayonumuzun müqayisəli cədvəlləri tədbir iştirakçılarının nəzərinə çatdırılıb.
     Sonda rayonun ictimai-siyasi həyatında fəallıq göstərən ziyalılarımız Xocalı rayon İcra Hakmiyyəti başçısının və Qarabağ Regional Gənclər və İdman İdarəsinin Xocalı rayonu üzrə Gənclər və İdman sektoru müdirinin fəxri fərmanları ilə təltif ediliblər.
Keçidlər