Şriftin ölçüsü :

Saytın rəngi :

İstifadə olunmuş kağızların təkrar emal müəssisələrinə təhvil verilməsi və elektrik enerjisindən qənaətlə istifadənin təbliğ edilməsi məqsədilə tədbir keçirildi

04 oktyabr 2024 | 10:46
     04.10.2024-cü il tarixdə Xocalı rayon İcra Hakimiyyətinin və rayon təhsil sektorunun birgə təşkilatçılığı ilə istifadə olunmuş kağızların təkrar emal müəssisələrinə təhvil verilməsi və elektrik enerjisindən qənaətlə istifadənin təbliğ edilməsi məqsədilə maarifləndirici tədbir keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyəti Başçısının müavini Lamiyə Qarayeva, təhsil işçiləri və məktəblilər iştirak etdilər.
     Tədbirin keçirilməsinin əsas məqsədi məktəblilər arasında ekoloji maarifləndirməyə diqqət çəkmək, kağız israfını azaltmaq, təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaq, ətraf mühitin çirkləndirilməsinin qarşısını almaq, tullantılara ikinci həyat vermək və şagirdlərin asudə vaxtının səmərəli istifadəsini təşkil etməkdir.
    Tədbirdə çıxış edən Lamiyə Qarayeva bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən 2024-cü il “Yaşıl Dünya Naminə Həmrəylik İli” elan olunmuşdur. Sözügedən Sərəncam əsasında təsdiq olunmuş tədbirlər planına uyğun olaraq bütün respublikada olduğu kimi Xocalı rayonunda da silsilə tədbirlər həyata keçirilir.
     Diskussiya şəklində davam edən tədbirdə şagirdlərlə fikir mübadiləsi aparıldı və onları maraqlandıran suallar cavablandırıldı.
     Tədbirdə həmçinin təlimatlandırıcı slaydlardan istifadə olundu.
Keçidlər