Şriftin ölçüsü :

Saytın rəngi :

Kərkicahan qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyində hesabat yığıncağı keçirildi

10 yanvar 2023 | 11:57
 
     10.01.2023-cü il tarixdə Xocalı rayon İHB-nın Kərkicahan qəsəbə İƏD-si üzrə nümayəndəliyinin 2022-ci ildə görülən işlərə və qarşıda duran vəzifələrə həsr edilən illik hesabat iclası keçirildi.
     Hesabat iclasında Xocalı Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Səxavət Hüseynov, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şəhriyar Quliyev, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Bəxtiyar Allahverdiyev, Kərkicahan qəsəbə İƏD-si üzrə nümayəndəliyinin əməkdaşları və Kərkicahan qəsəbə sakinləri iştirak etdilər.
     Əvvəlcə hesabat yığıncağını aparmaq üçün sədr və katib seçildi. 
     Sonra Kərkicahan qəsəbə İƏD-si üzrə nümayəndəsi Dərgah Haqverdiyev hesabat məruzəsi ilə çıxış edərək 2022-ci ildə ölkəmizin beynəlxalq aləmdə artan nüfuzundan, əldə olunan nailiyyətlərdən, eyni zamanda nümayəndəlikdə və ona tabe olan idarə və müəssisələrdə görülən işlər haqqında məlumat verdi, qarşıda duran vəzifələri və qəsəbə sakinlərinin təkliflərini diqqətə çatdırdı. 
     Kərkicahan qəsəbə əhalisi Respublikanın 35, Xankəndi şəhər əhalisi isə 37 rayon və şəhərlərində məskunlaşmışlar. 01 yanvar 2023-cü il tarixə Kərkicahan qəsəbə əhalisi 682 təsərrüfatdan və 2529 nəfərdən, Xankəndi şəhər əhalisi isə 562 təsərrüfatdan 2104 nəfərdən ibarətdir.
     Qəsəbə üzrə şəhid ailələrinin sayı 31 ailə, şəhid olanlar 34 nəfər, Xankəndi şəhəri üzrə isə şəhid ailələrinin sayı 25 ailə, şəhid olanlar 31 nəfərdir. Kərkicahan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə 24 nəfər qazi və 299 nəfər müharibə veteranı qeydiyyatdadır. Kərkicahan qəsəbə əhalisinin 1258 nəfəri (49,7 %)  kişilər, 1271 nəfəri (50,3 %) isə qadınlardır.
     2022 – ci ildə Kərkicahan qəsəbəsi üzrə 16 nəfər doğum, 14 nəfər ölüm, 133 nəfər gələn və 23 nəfər gedən qeydiyyata alınmışdır. Qəsəbə əhalisinin artım faizi 4,43%, ölüm faizi 0,6 % olmuşdur. Bir yaşadək ölüm və ölü doğulma halları olmamışdır.
     2022 – ci ildə Xankəndi şəhəri üzrə 7 nəfər doğum, 11 nəfər ölüm, 108 nəfər gələn, 11 nəfər gedən qeydiyyata alınmışdır. Şəhər əhalisinin artım faizi 4,42 %, ölüm faizi 0,5 % olmuşdur. Bir yaşınadək ölüm və ölu doğulma halları olmamışdır.
     Kərkicahan qəsəbəsi üzrə əmək qabiliyyətli yaşında əmək qabiliyyətli 1624 nəfər əhalidən 1139 nəfəri, Xankəndi şəhəri üzrə əmək qabiliyyətli yaşında əmək qabiliyyətli 1365 nəfər əhalidən isə, 1035 nəfəri dövlət, qeyri dövlət, fərdi və s. mülkiyyət növləri üzrə məşğul olurlar. Kərkicahan qəsəbəsindən 495 nəfər, Xankəndi şəhərindən isə 416 nəfər müxtəlif növ pensiya alanlardır.
     01 yanvar 2023-cü il tarixə Kərkicahan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 501 baş iribuynuzlu heyvan, 1169 baş xırdabuynuzlu heyvan, 1543 ədəd ev quşu, 635 arı ailəsi və 17 baş at qeydiyyata alınmışdır. İl ərzində 470 sentner ət, 3550 litr süd istehsal olunmuşdur. 7 hektar sahədə əkin aparılmışdır.4 hektar sahədən 695 sentner kartof, 3 hektar sahədən isə 202,5 sentner (xiyar 97,5 sentner, 105 sentner pamidor) tərəvəz yığılmışdır.
     2022-ci ildə Kərkicahan qəsəbə, Xankəndi şəhər və rayon sakinlərinə aidiyyati üzrə müxtəlif məzmunlu 436 ədəd arayışlar verilmişdir. Xocalı rayon İcra Hakimiyyətinə, rayonun digər idarə, müəssisə və təşkilatlarına, Gəncə şəhərinin aidiyyati üzrə müxtəlif dövlət qurumlarına 64 ədəd müxtəlif məzmunlu məktublar göndərilmişdir. Rayon İcra Hakimiyyətindən və rayonun digər aidiyyati orqanlarından icra olunmaq üçün nümayəndəliyə 33 ədəd müxtəlif məzmunlu məktub və sərəncamlar daxil olmuş və icrası tam təmin olunmuşdur. 2022-ci ildə Kərkicahan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 7 ədəd əmr, 26 ədəd sərəncam verilmişdir. Kərkicahan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyə 103 nəfər müraciət etmişdir. Müraciətlərdən 13-ü “yeni ailə təsərrüfatlarının yaradılması, 2-si “qeyri – rəsmi nikahdan anadan olan uşağın ailə təsərrüfata qeydiyyata alınması”, 3-ü “rəsmi olaraq həyat yoldaşından boşanmış qızın övlafları ilə birlikdə yenidən valideyninin təsərrüfatında qeydiyyata alınması”, 1-i “babanın nəvə üzərində qəyyum təyin olunmasını nəzərə alıb şəxsi hesablarda dəyişiklik edilməsi”, 4-ü “yenidən daimi qeydiyyata düşmüş ailənin ev təsərrüfatlarının uçotu kitabında qeydiyyata alınması”, 79-u “məcburi köçkün statusunun olması” məzmunlarında olmuşdur və müsbət həllini tapmışdır. ”Rəsmi olaraq boşanmış qızın ayrı təsərrüfat kimi qeydiyyata alınması” məzmunlu 1 müraciət sənədləri qaydasında olmadığı üçün icra olunmamışdır.
     Dərgah Haqverdiyev çıxışının sonunda Xocalı rayon İcra Hakimiyyəti başçısının Kərkicahan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin işçiləri bundan sonra da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qulluqçuları qarşısında qoyduğu tələb və vəzifələri layiqincə yerinə yetirməyə çalışacaqlarını vurğuladı. 
     Daha sonra məruzə ətrafında çıxışlar oldu. Nümayəndəliyin gördüyü işlər qənaətbəxş sayıldı.
     Hesabat yığıncağını dinləyən Xocalı Rayon İcra Hakimiyyəti Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Səxavət Hüseynov çıxışında bildirdi ki, Xocalı rayon İcra Hakimiyyəti Başçısı Aparatı Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin əməkdaşları tərəfindən 2 dəfə Kərkicahan İƏD-si üzrə nümayəndəliyinin ev təsərrüfatlarının uçotu kitablarına baxış keçirilmiş və kitabların işlənilməsi zamanı yol verilmiş nöqsanların aradan qaldırılması üçün lazımi tapşırıqlar verilmiş və tövsiyyə xarakterli izahat işləri aparılmışdır. Eyni zamanda müxtəlif yerlərdə məcburi köçkünçülük şəraitində yaşayan əhalinin problemləri, çətinlikləri və s. haqqında məlumatlar öyrənilərək lazımi köməkliklər göstərilmişdir.
     Sakinlər ümumi müraciətlərində məskunlaşdıqları binalara yaxın əraziyə yığılmış əlavə tullatınların daşınması üçün aidiyyəti idarələrə tapşırıq verilməsi məsələsini qaldırdılar.
Hesabat yığıncağının sonunda sakinlər fərdi müraciətlərini etdilər.
Keçidlər