Şriftin ölçüsü :

Saytın rəngi :

Məişət zorakılığına qarşı mübarizə mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

15 fevral 2024 | 16:13
     Fevralın 15-də Gəncə şəhəri ərazisində salınmış 600 ailəlik qəsəbədə məişət zorakılığı mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
     Xocalı rayon Kosalar kənd Mədəniyyət Evində baş tutan tədbirdə Rayon İcra Hakimiyyətinin, Rayon Polis Şöbəsinin, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Xocalı rayonu üzrə Gənclər və İdman sektorunun məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, Ailə, Qadın və Uşaq Komitəsinin yanında yaradılmış Uşaq Səfirlər Məclisinin Xocalı rayon üzrə regional nümayəndələri, şagirdlər və valideynlər iştirak etmişdir.
     Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini, rayon icra hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Lamiyə Qarayeva, Xocalı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Aqil Məmmədov, Xocalı RPŞ-nin İctimai təhlükəsizlik qrupunun polis sahə rəisi, polis leytenantı Zahid Məmmədli mövzu ətrafında çıxışı zamanı ölkəmizdə ailə institunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının mühafizəsi, gender bərabərliyinin təmin olunması istiqamətində qanunlar, islahatlar və dövlət proqramlarına əsasən yaradılmış gender komissiyanın fəaliyyətindən və məişət zorakılığı, zorakılıq qurbanlarına dəstək mexanizmindən ətraflı bəhs etdilər. Məişət zorakılığına qarşı mübarizə, zorakılığın səbəb olduğu mənfi hüquqi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində sakinlərlə maarifləndirici söhbətlər aparılmışdır.
     Tədbirin sonunda "Qadın" - qısametrajlı filmi nümayiş etdirilmişdir.
Keçidlər