Şriftin ölçüsü :

Saytın rəngi :

Müstəqilliyin Bərpası Gününə həsr olunan tədbir keçirilib

17 oktyabr 2025 | 10:30
     “Konstitusiya və Suverenlik İli” çərçivəsində Xocalı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş “Müstəqil Azərbaycan dövlətçilik salnaməsinin ən şərəfli səhifələrini yaşayır” mövzusunda tədbir keçirilib.
     17 oktyabr 2025-ci il tarixdə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində müvəqqəti faəliyyət göstərən Xocalı şəhər 3 nömrəli Uşaq Musiqi Məktəbinin akt zalında keçirilən tədbirdə Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul şəxsləri və rayon ictimaiyyəti işçiləri iştirak ediblər.
     Tədbirdə Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
     Çıxış edən natiqlər bildiriblər ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası ilə əldə edilən nailiyyətlər və o dövrdə ölkədə yaranmış dərin böhran müstəqilliyimizin taleyini təhlükə qarşısında qoymuşdu. Azərbaycanı bu təhlükədən yalnız Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsi xilas etdi. Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın tarixini yaradan dahi şəxsiyyət, böyük lider, müstəqil dövlət qurmaq kimi çətin bir vəzifəni cəsarətlə öz öhdəsinə götürən və bunu bacaran müdrik, uzaqgörən, fədakar siyasətçi oldu. Müasir Azərbaycan dövlətinin qurucusu və memarı kimi Ümummilli Lider qısa zamanda misilsiz xidmətləri ilə tariximizin parlaq səhifəsini yazdı.
     Tədbir Azərbaycanın müstəqilliyinə həsr edilmiş ədəbi-bədii kompozisiya ilə davam etdirilib.
Keçidlər