Şriftin ölçüsü :

Saytın rəngi :

“Narkomaniyaya qarşı mübarizə sağlam həyatın təminatıdır” mövzusunda tədbir keçiririlib.

25 yanvar 2024 | 09:46
     25.01.2024-cü il tarixdə Xocalı şəhər 1 saylı tam orta məktəbdə “Narkomaniyaya qarşı mübarizə sağlam həyatın təminatıdır” mövzusunda tədbir keçiririlib.
     Tədbirdə Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva, Xocalı rayon Polis Şöbəsinin və Qarabağ Regional Gənclər və İdman İdarəsinin Xocalı rayonu üzrə Gənclər və İdman sektorunun əməkdaşları, Xocalı şəhər 1 saylı tam orta məktəbin pedaqoji kollektivi, IX, X, XI sinif şagirdləri və valideynlər iştirak ediblər.
    Tədbirdə çıxış edən Lamiyə Qarayeva və digər natiqlər narkotik vasitələrin və psixotrop maddələrin cəmiyyət, insan sağlamlığı üçün yaratdığı problemlərdən danışıblar. Bəşəri bəla olan narkomaniyaya qarşı ölkəmizdə aparılan mübarizə çərçivəsində görülən işlərdən, həyata keçirilən tədbirlərdən söz açıblar.
     Daha sonra çıxış edən Xocalı şəhər 1 saylı tam orta məktəbin direktoru Nəvai Həsənov keçirilən maarifləndirmə tədbirlərini yüksək qiymətləndirərək qeyd edib ki, əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə belə tədbirlərin keçirilməsi mühüm əhəmiyyətə malikdir.
     Sonda narkomaniya ilə mübarizəyə həsr olunmuş “Həyat naminə” qısametrajlı filmi nümayiş olunub.
Keçidlər