Şriftin ölçüsü :

Saytın rəngi :

Qurban bayramı münasibətilə Vətən müharibəsi qaziləri ziyarət olunub

09 iyul 2022 | 10:00
     İyul ayının 8-də Xocalı rayon İcra Hakimiyyətinin  təşkilatçılığı ilə Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul şəxsləri Vətən müharibəsinin qaziləri - Rəcəbəov İmran Kamran oğlunun, Hümbətov Əli Məhyəddin oğlunun, Novruzov Rüfət Yunis oğlunun evlərinə gedərək onları Qurban bayramı münasibətilə təbrik edib, onların qayğıları və problemləri ilə maraqlanıblar.
     Qazilər də onlara dövlət səviyyəsində hər zaman böyük diqqət və qayğının göstərildiyini qeyd edərək buna görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. 
     Qurban payları qazi ailələrinə təqdim edilib.
     Saflıq və mərhəmətin rəmzi olan Qurban bayramı münasibətilə bütün ailələr təbrik edilib, onlara əmin-amanlıq, cansağlığı və ruzi-bərəkət arzulanıb.
     Tədbir iştirakçıları sonra Vətən müharibəsində Ağdam, Füzuli, Qubadlı və Xocavənd istiqamətlərində gedən döyüşlərdə qumbaraatan köməkçisi kimi şücaətlə iştirak edən, Cənab Prezidentin Sərəncamlarına əsasən, "Cəsur döyüşçü" və "Xocavəndin azad olunmasına görə"medalları təltif edilən İsbəndiyarov Hümbət Əlyar oğlunun toy mərasimində iştirak ediblər.
Keçidlər