Qurtuluşdan başlanan yol Azərbaycanı zəfərdən - zəfərə aparır
13 iyun 2024 | 11:02
İyunun 13-də Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocalı rayon Mədəniyyət Evində dəyirmi masa keçirilmişdir. 15 İyun - Milli Qurtuluş Gününə həsr olunan tədbirdə Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul şəxsləri, idarə, müəssisə rəhbərləri, ictimai fəallar iştirak etdilər.
Əvvəlcə Azərbacan xalqının xilaskarı, dahi şəxsiyyət Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humaitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva müstəqilliyimizin möhkəmləndirilməsində, əbədiliyinin və dönməzliyinin təmin edilməsində müasir müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin əvəzsiz tarixi xidmətləri haqqında danışdı.
Sonra çıxış edən Xocalı rayon ziyalıları – Sabir Qasımov, Ramiz Qəhrəmanov bildirdilər ki, 90-cı illərin əvvəllərində dövlət müstəqilliyimizin qorunub saxlanmasında Heydər Əliyevin misilsiz xidmətləri olub. Onun hakimiyyətə qayıdışından sonra Azərbaycanda bütün təsisatlar bərpa olunub və inkişaf etdirilib. Ümummili Lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb, iqtisadi tənəzzülə son qoyulub. Ömrünü xalqımızın tərəqqisinə və firavanlığına həsr etmiş Ulu Öndərin həyat və fəaliyyəti hər birimiz üçün örnəkdir, güc mənbəyidir.
Vurğulandı ki, bu gün Ulu Öndərin həm daxili, həm də xarici siyasəti Müzəffər Ali Baş Komandan, tarix yazan Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyevə həsr olunan “Qurtuluşa Doğru” adlı film nümayiş etdirildi.