Rayonumuzda Prokurorluq işçilərinin peşə bayramı günü qeyd edildi
30 sentyabr 2023 | 12:32
30.09.2023-cü il tarixdə xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Milli prokurorluq orqanlarının yaradılmasının 105-ci ildönümü qeyd edilib. Bu münasibətlə Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Xocalı rayon prokuroru Əvəz Əliyev, rayon prokurorluğunun əməkdaşları, hüquq-mühafizə orqanlanlarının, idarə, müəssisə rəhbərləri və ziyalılar Ulu öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, “Heydər” Parkında ucaldılan abidəsi önünə gül dəstələri düzdülər.
Hüquqi dövlətin qurulmasını özünə inkişaf yolu seçən Azərbaycanın dünyanın nüfuzlu dövlətləri sırasında layiqli yer tutması Ulu öndərin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin hüquqi dövlət quruculuğu konsepsiyasına uyğun olaraq prokurorluq orqanlarında köklü islahatlara başlanılmışdır. “Respublikamızda prokurorluq müstəqil Azərbaycanın dövlət quruluşu sistemində öz layiqli yerini tutubdur və ölkəmizin müstəqilliyinə layiq xidmət edir” - deyən Ümummilli liderin rəhbərliyi ilə prokurorluq orqanlarında aparılan islahatların əsas məqsədi qanunçuluğun möhkəmləndirilməsindən, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsindən və kadrların peşəkarlıq səviyyəsinin artırılmasından ibarət olmuşdur.
Ümummilli lider Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli Sərəncamına əsasən, hər il oktyabr ayının 1-i “Prokurorluq işçilərinin peşə bayramı günü” kimi qeyd olunur.