Rayonumuzda şəhid ailələri və qazilərlə növbəti görüş keçirildi
09 noyabr 2023 | 12:52
Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından və qanlarından keçərək Şəhidlik zirvəsinə ucalanların xatirəsi hər zaman yüksək tutulur. Respublikamızda şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğı Xocalı rayonunda da daim hiss olunur. Bu mənada Xocalı Rayon İcra Hakimiyyətinin Başçısı Şahmar Usubovun tapşırığına əsasən mütəmadi olaraq şəhid ailələri və qazilərlə görüşlər keçirilir, onların problemləri ilə yaxından maraqlanılır. 8 Noyabr - Zəfər Günü ərəfəsində də Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai - siyasi və humanitar məsələlər, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbələrinin əməkdaşları Goranboy rayonunun Aşağı Ağcakənd, Yuxarı Ağcakənd, Börü qəsəbələrində, Bakı və Gənşə şəhərində müvəqqəti məskunlaşmış bir qrup şəhid və qazi ailələrini ziyarət ediblər.
Görüşlərdə Rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şəhriyar Quliyev torpaqlarımızın ərazi bütövlüyü uğrunda 44 günlük Vətən müharibəsində, həmçinin antiterror tədbirlərində xocalı gənclərinin qəhrəmanlıqla döyüşdüyünü, adları şanlı zəfər tarixinə qızıl hərflərlə yazılan şəhidlərimizin, qazilərimizin daim hörmət və ehtiramla yad edildiyini, onların gələcək nəsillərə örnək olduğunu söyləyiblər.