Şriftin ölçüsü :

Saytın rəngi :

Sağlam və rasional qidalanmaya dair maarifləndirici tədbir keçirilmişdir.

29 dekabr 2023 | 09:55
     29.12.2023-cü il tarixdə Xocalı rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ Regional bölməsi ilə birlikdə Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində müvəqqəti olaraq məskunlaşmış sakinlər (sahibkarlar, fermerlər, şagirdlər və gənclər) arasında sağlam və rasional qidalanmaya dair maarifləndirici tədbirlər keçirilmişdir.
     Tədbirdə qida məhsullarının konservləşdirilməsi, həmin məhsulların saxlanılması və istifadəsi zamanı sanitar-gigiyena norma və qaydalarına riayət olunması ilə bağlı məlumatlar sakinlərin diqqətinə çatdırılmış, həmçinin vətəndaşlara müvafiq bukletlər paylanılmış, “Sağlam qidalanma həftəsi”nin keçirilməsi ilə bağlı təşviqat işləri həyata keçirilmişdir.
 
Keçidlər