Şriftin ölçüsü :

Saytın rəngi :

Şahmat idman növü üzrə Xocalı məktəbliləri arasında şəxsi birincilik keçirildi

03 noyabr 2023 | 11:34

03 noyabr 2023-cü il tarixdə Qarabağ Regional Gənclər və İdman İdarəsinin Xocalı rayonu üzrə Gənclər və İdman sektorunun təşkilatçılığı və Xocalı rayon İcra Hakimiyyətinin dəstəyi ilə Goranboy rayon Uşaq Gənclər Şahmat İdman Məktəbində "8 Noyabr-Zəfər Günü"nə həsr olunmuş ümumtəhsil məktəb şagirdləri arasında şahmat idman növü üzrə şəxsi birincilik keçirilmişdir. Birincilikdə müxtəlif yaş qruplarından 64 şahmatçı iştirak etmişdir. Yarışın nəticələrinə əsasən hər yaş qrupunda I, II və III yeri tutmuş şahmatçılar Qarabağ Regional Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif olunmuşlar.

Keçidlər