“Təhlükəsiz ailə güclü cəmiyyət deməkdir” mövzusunda maarifləndirici tədbir keçirilmişdir
02 dekabr 2025 | 10:47
02.12.2025-ci il tarixdə Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik” ili əlaqədar Gender əsaslı Zorakılıq və Erkən nikahlara qarşı mübarizə tədbirləri çərçivəsində həyata keçirilən tədbirlərin davamı olaraq Xocalı rayon İctimaiyyəti ilə “Təhlükəsiz ailə – Güclü cəmiyyət” adlı maarifləndirici görüş keçirilmişdir. Tədbirdə Xocalı rayon İcra Hakimiyyətinin məsul şəxsləri, şəhid ailələri, müharibə iştirakçıları, qazilər, qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də rayon ictimaiyyəti iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açıq elan edən İcra hakimiyyəti başçısının müavini Lamiyyə Qarayeva ailə institutunun dövlət siyasətində xüsusi önəm daşıdığını vurğulayaraq qeyd edib ki, cəmiyyətin sağlam inkişafı məhz təhlükəsiz və möhkəm ailə mühitindən keçir. O, erkən nikahların və gender əsaslı zorakılığın qarşısının alınması istiqamətində maarifləndirmə işlərinin genişləndirilməsinin zəruriliyini diqqətə çatdırıb, bu kimi tədbirlərin əhalinin məlumatlılığının artırılmasına ciddi töhfə verdiyini bildirmişdir.
Daha sonra Xocalı rayon Mərkəzi Xəstəxanasının baş həkimi Aqil Məmmədov çıxış edərək erkən nikahların qızların sağlamlığına vurduğu fəsadlardan danışıb. O, tibbi statistikalara əsaslanaraq erkən yaşda hamiləliklərin ana və uşaq sağlamlığı üçün yaratdığı riskləri sadalayıb, ailə planlaşdırılması və reproduktiv sağlamlıq mövzularında iştirakçıları məlumatlandırmışdır.
Xocalı rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Elşən Nəsibov gənclər arasında sağlam həyat tərzinin təbliği, hüquqi maarifləndirmə və erkən nikahların qarşısının alınması istiqamətində həyata keçirilən layihələr barədə danışmışdır. O, gənclərin sosial fəallığının artırılması, onlara düzgün həyat seçimləri etmələri üçün dəstəyin vacibliyini qeyd etmişdir.
Xocalı rayon Polis şöbəsinin əməkdaşı Kamran Əhmədli isə mövzu ilə bağlı hüquqi çərçivəni diqqətə çatdıraraq bildirmişdir ki, gender əsaslı zorakılıq və erkən nikah hallarına qarşı qanunvericilik ciddi mexanizmlər nəzərdə tutur. O, belə halların aşkarlanması zamanı hüquq-mühafizə orqanlarının müdaxilə prosedurlarını izah etmiş və vətəndaşları maarifləndirərək hər bir faktın vaxtında bildirilməsinin əhəmiyyətini vurğulamışdır.
Görüşün sonunda təhlükəsiz ailə modelinin cəmiyyətin inkişafında mühüm rol oynadığı, hər bir fərdin bu prosesdə məsuliyyət daşıdığı xüsusi qeyd olunmuşdur. Maarifləndirici tədbirin bu sahədə növbəti təşəbbüslərə stimul verəcəyi vurğulanmışdır.
Sonda tədbirdə müzakirə olunan məsələlərlə bağlı “Erkən və qohumlar arasında nikahın mənfi nəticələri”, “Şiddətə yox de!”, “Səssiz qalma” adlı qısametrajlı maarifləndirici filmlər nümayiş olunmuşdur. Filmlərdə erkən nikahların hüquqi, sosial və tibbi fəsadları, eləcə də gender əsaslı zorakılığın fərdlərin psixoloji durumuna və cəmiyyətin bütövlükdə inkişafına vurduğu zərərlər real faktlar və həyat hekayələri əsasında işıqlandırılmışdır. Tədbir iştirakçıları təqdim olunan videoçarxları maraqla izləyərək mövzunun aktuallığı və hər kəsin bu prosesdə üzərinə düşən məsuliyyət barədə bir daha düşünməyə sövq olunmuşdur. Görüş maarifləndirici xarakteri, mövzulara kompleks yanaşması və ictimai şüurun formalaşdırılmasına verdiyi töhfə ilə yadda qalmışdır.