Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə ağacəkmə aksiyası keçirildi.

07 may 2024 | 14:52
    Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində yerləşən Xocalı şəhər 4 saylı tam orta məktəbin həyətində ağacəkmə aksiyası keçirildi.
     Aksiyada Xocalı rayon İcra Hakimiyyətinin rəhbərliyi, idarə, müəssisə və təşkilat əməkdaşları iştirak etdilər.
     Ağacəkmə aksiyası zamanı Xan çinarları əkildi, həmçinin ağaclara aqrotexniki qulluq göstərildi.
Keçidlər