Şriftin ölçüsü :

Saytın rəngi :

Uşaq Səfirlər Məclisinin nümayəndələri və fəal uşaqlarla görüş keçirildi.

16 aprel 2024 | 11:19
     Xocalı rayon İcra Hakimiyyətinin və rayon təhsil sektorunun birgə təşkilatçılığı ilə “Uşaq Səfirlər Məclisinin” nümayəndələri və fəal uşaqlarla görüş keçirildi.             
     Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində fəaliyyət göstərən Xocalı Rayon Mədəniyyət Evində keçirilən görüşdə Xocalı rayon İHB-nın müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva, təhsil işçiləri və ümumtəhsil məktəblərindən seçilən 20 nəfər fəal şagird iştirak etdi.
     Çıxış edən Lamiyə Qarayeva fəallara tədbirin məqsədi barədə ətrafl məlumat verdi. Qeyd etdi ki, 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili”dir və il ərzində bununla bağlı bir sıra tədbirlər həyata keçiriləcəkdir.
     Sonra “Uşaq Səfirlər Məclisi”nin Xocalı rayonu üzrə regional nümayəndələri – Xocalı rayon Kosalar kənd tam orta məktəbin IX sinif şagirdi Quluzadə Fidan Fuad qızı və Məmmədov Vahid Elnur oğlu hesabat xarakterli çıxış edərək keçirdikləri tədbirlər barədə məlumat verdilər.
     Tədbirdə həmçinin “Uşaq Səfirlər Məclisi” haqqında videoçarx nümayiş etdirildi.
     Daha sonra “Uşaq Səfirlər Məclisi”nin Xocalı rayonu üzrə regional nümayəndələri – Xocalı rayon Kosalar kənd tam orta məktəbin IX sinif şagirdi Quluzadə Fidan Fuad qızı və Məmmədov Vahid Elnur oğlu rayonun ictimai-siyasi həyatında fəallığına görə Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edildi.
     Yekunda fəallarla bir sıra mövzularda qarşılıqlı şəkildə müzakirələr aparıldı.
     Qeyd edək ki, “Uşaqlara dair Strategiyanın qurulması üzrə 2020–2025-ci illər Fəaliyyət Planı” 5.4.2. bəndinə uyğun olaraq “Uşaqların maraqlarına toxunan məsələdə onların iştirakının təmin edilməsi, eyni zamanda sərbəst fikir söyləmək bacarıqlarının inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindəın bir sıra tədbirlər keçirilmişdir.
     Bu istiqamətdə Azərbaycan Respublikası Prezidentinin 2020-ci ilin “Könüllülər ili” elan edilməsi ilə bağlı Sərəncamına uyğun olaraq Komitə yanında “Uşaq Səfirlər Məclisi” yaradılmış və əhatə dairəsinin genişləndirilməsi məqsədilə “Uşaq Səfirlər Məclisi”nin regional nümayəndəlikləri fəaliyyətə başlamışdır.
Keçidlər