"Uşaqların doğulanadək cins seçiminin qarşısının alınması" mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
16 dekabr 2025 | 11:05
16 dekabr 2025-ci il tarixində Xocalı rayon İcra hakimiyyəti və Xocalı rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə uşaqların doğulanadək cins seçiminin qarşısının alınması mövzusunda tədbir keçirilmişdir. Tədbirin keçirilməsində əsas məqsəd cəmiyyətin diqqətini bu vacib məsələyə cəlb etmək, tibbi heyətin, rayon sakinlərinin maariflənməsini təmin etmək və gender bərabərliyinin qorunmasına dair praktiki addımların müzakirəsini həyata keçirmək idi.
Tədbiri Xocalı rayon Mərkəzi Xəstəxanasının direktoru Aqil Məmmədovun giriş sözü ilə açaraq rayon üzrə mövcud statistik məlumatları təqdim etmiş, uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasının əhəmiyyətini vurğulamış və bu sahədə həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışmışdır. O, həmçinin qeyd etmişdir ki, bu cür tədbirlər yalnız tibbi heyətin deyil, bütün cəmiyyətin diqqətini çəkir və maarifləndirmə işlərini gücləndirir. Sonra xəstəxananın direktoru, Xocalı rayon İcra hakimiyyətinin başçısı Lamiyyə Qarayevaya söz vermişdir.

Xocalı rayon İcra hakimiyyəti başçısının müavini Lamiyyə Qarayeva çıxışında uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasının sosial, hüquqi və etik aspektlərini geniş şəkildə izah etmişdir. Lamiyyə xanım qeyd etmişdir ki, cins seçimi həm fərdi, həm də cəmiyyət üçün ciddi nəticələr doğura bilər və bunun qarşısının alınması həm ailələr, həm də tibbi heyət tərəfindən diqqətlə izlənilməlidir. O, gender bərabərliyinin qorunmasının vacibliyini vurğulayaraq, qadın və kişilərin bərabər imkanlara malik olmasının, uşaqların sağlam və bərabər şəraitdə böyüməsinin təmin edilməsinin əhəmiyyətini izah etmişdir. Lamiyyə Qarayeva, həmçinin rayon üzrə həyata keçirilə biləcək maarifləndirmə tədbirləri, profilaktik fəaliyyətlər və həkimlərin rolu haqqında konkret tövsiyələrini paylaşmış, tədbir iştirakçılarını mövzunu geniş müzakirə etməyə dəvət etmişdir.
Tədbir çərçivəsində Xocalı rayon Mərkəzi Xəstəxanasının həkim və tibb heyətinin fikirləri dinlənilmiş, mövcud çətinliklər və təcrübələr barədə müzakirələr aparılmışdır. İştirakçılar arasında fikir mübadiləsi nəticəsində doğulanadək cins seçiminin qarşısını almaq üçün konkret və praktik təkliflər irəli sürülmüşdür. Rayon üzrə bu istiqamətdə daha sistemli və koordinasiyalı tədbirlərin həyata keçirilməsi üçün ideyalar müzakirə olunmuşdur.
Tədbir həm tibbi heyət, həm də rayon ictimaiyyətinin uşaqların doğulanadək cins seçiminin qarşısının alınması və gender bərabərliyinin qorunması sahəsində məsuliyyətini artırmaq, həmçinin gələcəkdə birgə fəaliyyətin səmərəliliyini gücləndirmək baxımından önəmli rol oynamışdır.