Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonu Mərdəkan qəsəbəsində müvəqqəti məskunlaşmış Xocalı rayon sakinlərinin növbəti səyyar görüş-qəbulu keçirilmişdir.

13 iyun 2024 | 09:57
     Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov 2024-cü ilin iyun ayında yerlərdə keçirəcəyi qəbul və görüşlərin qrafikinə əsasən 13 iyun 2024-cü il tarixdə Xəzər rayonu Mərdəkan qəsəbəsində müvəqqəti olaraq məskunlaşmış Xocalı rayon sakinlərinin səyyar-görüş qəbulunu keçirmişdir.  
     Səyyar görüş-qəbulda rayonun idarə, müəssisə və təşkilat nümayəndələri, həmçinin Xocalı rayon sakinləri iştirak etmişdir.
     Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov səyyar görüşdə sakinlərə ilk öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasət, eləcə də əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş dövlət qərarları haqqında ətraflı məlumat vermişdir.
     Daha sonra qəbulda iştirak edən vətəndaşların müraciətləri dinlənilmiş, onları narahat edən məsələlər Rayon İcra Hakimiyyəti başçısının nəzərinə çatdırılmışdır. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin qeydiyyatı aparılaraq nəzarətə götürülmüşdür.
     Səyyar görüş-qəbulda 40 nəfər iştirak etmişdir.  

 

Keçidlər