Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı məktəbliləri üçün "Vətən müharibəsi anbaan" sənədli film nümayiş etdirildi

10 noyabr 2023 | 14:24
     Qarabağ Regional Gənclər və İdman İdarəsinin Xocalı rayon üzrə Gənclər və İdman sektorunun təşkilatçılığı, Xocalı rayon İcra Hakimiyyətinin dəstəyi ilə Xocalı məktəbliləri üçün 8 Noyabr - Zəfər Günü xatirəsinə həsr olunmuş "Vətən müharibəsi anbaan" adlı sənədli film nümayiş etdirildi.
     Tədbirdə torpaqlarımız uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Çıxış edən natiqlər canlarını vətən uğrunda fəda edən şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan və əzmli qələbimizdən ümumtəhsil məktəblərinin şagirdlərinə geniş məlumat verdilər.
Keçidlər