Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı rayon İcra Hakimiyyətinin təşkiatçılığı ilə İnsan Hüquqları Aylığı çərçivəsində maarifləndirici tədbir keçirilib

26 may 2026 | 11:33
     26 may 2026-cı il tarixində Xocalı Rayon Mədəniyyət Evində  “İnsan Hüquqları Aylığı” çərçivəsində Xocalı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə insan hüquq və azadlıqlarına həsr olunmuş dəyirmi masa təşkil olunmuşdur.
   Tədbirdə Xocalı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri, səhiyyə işçiləri, mədəniyyət və təhsil müəssisələrinin əməkdaşları iştirak etmişlər.
     Tədbiri giriş sözü ilə açan Xocalı Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektorunun müdiri Bəxtiyar Allahverdiyev çıxış edərək bildirmişdir ki, Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. O qeyd etmişdir ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə insan hüquqlarının müdafiəsi sahəsində mühüm hüquqi baza formalaşdırılmış, ölkəmizdə demokratik dəyərlərin inkişafı və vətəndaş hüquqlarının təmin edilməsi istiqamətində ardıcıl islahatlar həyata keçirilmişdir.
     Bəxtiyar Allahverdiyev vurğulamışdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə insan hüquqlarının müdafiəsi, vətəndaş məmnunluğunun təmin olunması, sosial rifahın yüksəldilməsi, qanunun aliliyinin möhkəmləndirilməsi və şəffaf idarəetmənin inkişafı istiqamətində mühüm tədbirlər davam etdirilir. O, insan hüquqlarının yalnız hüquqi mexanizmlərlə deyil, həm də cəmiyyətin hər bir üzvünün hüquqi maarifləndirilməsi yolu ilə daha səmərəli qorunduğunu qeyd etmiş, vətəndaşların hüquq və vəzifələri barədə məlumatlılığının artırılmasının vacibliyini diqqətə çatdırmışdır.
   Daha sonra Xocalı Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsinin direktoru Aqil Məmmədov çıxış edərək səhiyyə sahəsində insan hüquqlarının qorunmasının əhəmiyyətindən danışmışdır. Bildirilmişdir ki, vətəndaşın hüququn təmin edilməsi dövlətin prioritet vəzifələrindən biridir. Eyni zamanda səhiyyə müəssisələrində tibbi xidmətlərin əlçatanlığının artırılması və əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlər barədə iştirakçılara ətraflı məlumat vermişdir.
     Tədbirdə çıxış edən digər iştirakçılar insan hüquqlarının müdafiəsinin cəmiyyətin inkişafında mühüm rol oynadığını qeyd etmiş, insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində ölkəmizdə həyata keçirilən tədbirləri yüksək qiymətləndirmişlər. Çıxışlarda vətəndaşların hüquqi biliklərinin artırılmasının, xüsusilə gənc nəslin insan hüquqları sahəsində maarifləndirilməsinin vacibliyi vurğulanmışdır.
     Sonda insan hüquqları sahəsində maarifləndirmə tədbirlərinin davam etdirilməsinin əhəmiyyəti qeyd edilmişdir.
Keçidlər