Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı rayon ictimaiyyəti ilə icbari tibbi sığortaya keçidlə bağlı maarifləndirici görüş oldu

13 oktyabr 2022 | 15:21
     Oktyabrın 13-də "Xocalı Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin təşəbbüsü, Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində icbari tibbi sığortaya dair vətəndaşların məlumatlılığının artırılmasına yönəlmiş tədbirlər çərçivəsində maarifləndirici görüş keçirildi.
     Maarifləndirici görüşdə Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşı Azər Dəmirov, Agentliyin mütəxəssisləri, "Xocalı Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin direktoru Aqil Məmmədov, rayon mərkəzi xəstəxanasının işçiləri, idarə, müəssisələrin əməkdaşları və sakinlər iştirak etdilər.
     Tədbiri giriş sözü ilə açan Lamiyə Qarayeva çıxışında dünyanın qabaqcıl ölkələrinə xas olan icbari tibbi sığorta sisteminin artıq bir neçə ildir ki, ölkəmizdə də tətbiq edildiyini deyərək, bunu Azərbaycan vətəndaşlarının sağlamlığının qorunmasına dövlət başçısı İlham Əliyev tərəfindən xüsusi diqqət yetirməsinin təzahürü kimi dəyərləndirdi. O, həmçinin icbari tibbi sığorta üzrə vətəndaşların bilgilərinin artırılmasının vacibliyi baxımından bu cür görüşlərin təqdirəlayiq olduğunu vurğuladı.
     Görüşdə çıxış edən Azər Dəmirov ölkəmizdə icbari tibbi sığortanın tətbiqinin məqsədləri, vətəndaşların bu tibbi xidmətdən istifadə etməsinin üstünlükləri, bu sistemdən yararlanmaq üçün müraciət və qaydalar və digər məsələləri müfəssəl şəkildə izah etdi. O, həmçinin hazırda ölkəmizdə 2550 adda tibbi xidmətin sığota əhatə dairəsinə daxil edildiyini, ilin sonuna qədər isə bu rəqəmin 3 minə çatdırılacağını dedi.
     "Xocalı Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin direktoru Aqil Məmmədov icbari tibbi sığortanın tətbiq olunması istiqamətində görülən işlər barədə fikirlərini bölüşdü, tədbir iştirakçılarının fikirlərinə münasibət bildirdi. Qeyd etdi ki, rayon sakinlərini tibbi xidmət və icbari tibbi sığorta baxımından narahat edən hər hansı məsələ ilə bağlı aidiyyəti orqanlara vaxtlı-vaxtında məlumat verilir. 
     İcbari tibbi sığorta məsələlərinə dair iştirakçıların fəal marağı ab-havası ilə davam edən görüşdə onların mövzu ilə bağlı bütün sualları cavablandırıldı.
Keçidlər