Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilib

10 oktyabr 2024 | 10:07
     Milli Hematologiya və Transfuziologiya Mərkəzi - Qan Bankı bölməsinin təşəbbüsü, Xocalı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocalı rayon Mərkəzi Xəstəxanasında bu gün qanvermə aksiyası baş tutub. Təşkil olunan aksiyada rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
     Məlumat üçün qeyd edək ki, Qan Bankının tibb işçiləri tərəfindən sağlamlıq imkanları əvvəlcədən müəyyənləşdirilən donorlardan toplanan qan ehtiyatı talassemiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən xəstələr üçün istifadə olunacaq.
Keçidlər