Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilmişdir.
26 fevral 2024 | 12:38
26.02.2024-cü il tarixdə Xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilmişdir.
Tədbirdə rayonun idarə, müəssisə, təşkilat nümayəndələri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak etmişdir.
Tədbir iştirakçıları ilk öncə Aşağı Ağcakənd qəsəbəsində yerləşən “Xocalı” abidəsini ziyarət edərək önünə gül dəstələri düzdülər.
Saat 1700-da şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.