Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalılar Ümummilli Lider Heydər Əliyevin xatirəsini böyük ehtiramla yad etdilər

10 may 2024 | 15:50
     Xalqımızın Ümummilli Lideri, böyük siyasi xadim Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində izdihamla qeyd olundu.
     Xocalılar "Heydər Parkı"nda Ulu Öndərin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə gül-çiçək dəstələri düzdülər, dahi rəhbərə öz hörmət və ehtiramlarını nümayiş etdirdilər.
     Tədbirdə Xocalı Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının, idarə, müəssisə və təşkilatların kollektivləri, şəhid ailələri, qazilər, veteranlar və ictimaiyyət nümayəndələri iştirak etdilər.
     Xocalı rayon Mədəniyyə Evində davam edən tədbirdə Ümummilli Liderin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş kitablardan ibarət sərgi nümayiş olundu. Daha sonra Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
     Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva müasir Azərbaycan tarixinin yaradıcısı olan Heydər Əliyevin xalqımızın qürur mənbəyi, tarixi bir şəxsiyyət olaraq yaddaşlara əbədi həkk olunduğu bildirdi.
     Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, YAP Xocalı rayon Təşkilatının sədri Vahid Əliyev, Xocalı rayon Təhsil Şöbəsinin əməkdaşı Nəcəf Həsənov, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Xocalı rayonu üzrə Gənclər və İdman sektorunun baş məsləhətçisi Elşən Nəsibov şərəfli ömür yolunu ölkəmizin tərəqqisinə və millətimizin parlaq gələcəyinə həsr edən Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən, həmçinin təhsilimizə qayğısından və əsasını qoyduğu gənclər siyasətindən söhbət açdılar. Millətini zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan müdrik Lider Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan danışıldı. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu müstəqil dövlətçilik siyasətinin bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyi vurğulandı.
     Tədbirdə Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Məşələ çevrilən həyat” adlı sənədli film nümayiş olundu.
Keçidlər