Şriftin ölçüsü :

Saytın rəngi :

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirildi

23 oktyabr 2024 | 09:27
     Xocalı rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir.
   23.10.2024-cü il tarixdə Xocalı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində növbəti ağacəkmə aksiyası keçirildi.
     Aksiya çərçivəsində 650 ədəd eldar şamı əkildi, əkilən ağacların suvarılması təmin edildi, küləkdən qorunması üçün qoruyucu dirəklər basdırıldı.
     Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyasının ilin sonunadək davam etdirilməsi nəzərdə tutulur.
   Onu da qeyd edək ki, ağacəkmə aksiyalarının keçirildiyi ərazilərin nəzarətdə saxlanılması, əkilmiş ağaclara mütəmadi qulluq göstərilməsi üçün müvafiq tədbirlər bundan sonra davam etdiriləcək.
Keçidlər