Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin 93-cü ildönümü ilə əlaqədar ağacəkmə aksiyası.

10 may 2016 | 16:00

10.05.2016-cı il tarixdə Xocalı rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 93-cü ildönümü ilə əlaqədar Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində yerləşən “Heydər Parkında” ağacəkmə aksiyası keçirildi. Aksiyada rayon İcra hakimiyyətinin başçısı Şahmar Usubov başda olmaqla, rayonun idarə, müəssisə, təşkilat nümayəndələri və rayon ictimaiyyəti iştirak edirdilər. Aksiya iştirakçıları ilk öncə Ulu Öndərin abidəsi önünə gül dəstələri düzdülər. Daha sonra aksiya iştirakçıları Ulu Öndərin 93-cü ildönümü ilə əlaqədar olaraq 93 ədəd qızıl gül kolu əkdilər.

Keçidlər