Şriftin ölçüsü :

Saytın rəngi :

Müstəqilliyimizin 25–ci ildönümü ilə bağlı ümumrayon tədbiri.

18 oktyabr 2016 | 16:00

       18.10.2016-cı il tarixdə Xocalı rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin bərpasının 25–ci ildönümü ilə bağlı ümumrayon tədbiri keçirilmişdir. Tədbir iştirakçıları ilk öncə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzmüşlər. Daha sonra tədbir Xocalı rayon Mədəniyyət evində davam etdirilmişdir.
      Tədbir ilk öncə Dövlət Himnimizlə açıq elan olunmuşdur.
      Daha sonra çıxış edən RİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiə Qarayeva bildirmişdir ki, XX əsr ərzində Azərbaycan xalqı iki dəfə müstəqillik əldə etmək imkanı qazandı. 1918-ci il 28 may tarixində öz istiqlaliyyətini elan etmiş Azərbaycan xalq Cümhuriyyəti cəmi 23 ay yaşaya bildi. Həmin dövrdə mövcud olan şərait, xarici müdaxilə və daxili çəkişmələr AXC-nin süqutuna gətirib çıxardı. Yalnız bundan 70 il sonra Azərbaycan ikinci dəfə belə bir imkanı əldə etsə də, müstəqilliyinin qorunub saxlanılmasında olduqca böyük çətinliklərlə üzləşdi. Yalnız 1993-cü il 15 iyun tarixdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev dövlətçiliyimizin möhkəmləndirilməsi, inkişaf etdirilməsi, ölkənin dünya dövlətləri arasında özünə layiqli yer tutması istiqamətində mühüm işlər görmüşdür və bugünki gündə məhz bu istiqamətdə çox böyük uğurlar əldə olunur.
Daha sonra məruzə etmək üçün söz Xocalı şəhər 4 saylı tam orta məktəbin tarix müəllimi Tacir Əzizova verilmişdir.
Tacir Əzizov 1991-ci il 18 oktyabr tarixindən etibarən Azərbaycan xalqının keçdiyi sınaq dövrü, Ulu Öndər Heydər Əlirza oğlu Əliyevin Azərbaycan dövlətçiliyinin inkişaf etdirilməsi istiqamətində gördüyü işlərdən və bugünki gündə bu siyasi kursun uğurla davam etdirilməsindən bəhs etmişdir.
Daha sonra çıxış üçün söz Xocalı rayon İcra hakimiyyətinin başçısı cənab Şahmar Usubova verilmişdir.
Cənab başçı öz çıxışında bildirmişdir ki, Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaranmış, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanmışdır. Heydər Əliyevin rəhbərliyi altında aparılmış son dərəcə gərgin fəaliyyət nəticəsində Azərbaycan xalqının taleyi ilə pərdəarxası oyunlara, siyasi anarxiya və ekspermentlərə son qoyulmuş, ölkədə cinayətkarlığın qarşısı tam alınmış, bütün qanunsuz silahlı dəstələr ləğv olunmuşdur. Bu da bütövlükdə Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılması üçün şərait yaratmışdır. Heydər Əliyevin siyasi-iqtisadi, ictimai-mədəni həyatın bütün sahələrində həyata keçirdiyi planlar artıq Azərbaycanın gerçəkliyinə çevrilmişdir. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir.
Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur kəlama sadiq qaldığını sübut etdi ki, “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir”.
Heydər Əliyev ideyaları, siyasi xətti bu gün də yaşayır, qalib gəlir və bu siyasi kursun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz son on üç ildə sürətlə inkişaf edərək regionun lider dövlətinə çevrilmişdir. Hazırda da ölkəmizdə həyata keçirilən irimiqyaslı layihələr respublikamızın beynəlxalq aləmdə nüfuzunu daha da artırmaqdadır.
Dövlət müstəqilliyinin 25-ci ildönümünə həsr olunmuş tədbirin sonunda “Müstəqilliyimiz və onun tarixi inkişaf dövrü” adlı qısametrajlı film Xocalı rayon ictimaiyyətinə nümayiş olunmuşdur.

Keçidlər