Şriftin ölçüsü :

Saytın rəngi :

“Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı” münasibətilə ümumrayon tədbiri.

29 dekabr 2016 | 16:00

       29.12.2016-cil tarixdə Xocalı rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə Xocalı rayon Mədəniyyət evində “Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı”  münasibətilə ümumrayon tədbiri keçirilmişdir. Tədbirdə Xocalı rayonunun idarə, müəssisə, təşkilat nümayəndələri və rayon ictimaiyyəti iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan Xocalı rayon İHB-sının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiə Qarayeva rayon əhalisini bayram münasibətilə təbrik edərək bildirmişdir ki, 2016-cı il Azərbaycan xalqı üçün bütün dünya dövlətlərində müşahidə olunan “iqtisadi böhran” ili kimi xarakterizə olunsa da, möhtərəm prezidentimiz İlham Əliyev cənablarının apardığı uğurlu dövlət strategiyası nəticəsində həm də “islahatlar ili” kimi də yadda qalmışdır. Güman edirik ki, bu islahatlar nəticəsində 2017-ci il xalqımız üçün hər baxımdan uğurlu bir il olar və həmişə olduğu kimi 2017-ci ildə də dövlətimiz düşmənlərimizdən istənilən sahə üzrə yüksək mövqe nümayiş etdirər.
      Daha sonra çıxış üçün söz İHB-sının müavini Vahid Əliyevə verildi. Vahid müəllim də öz növbəsində tədbir iştirakçılarını təbrik edərək bildirmişdir ki, doğurdan da Azərbaycan Respublikası günü-gündən güclənir, mədəni, iqtisadi və siyasi arenada öz qüdrətini bütün dünya dövlətlərinə nümayiş etdirir. 2016-cı ilin aprel döyüşləri bir daha sübut etdi ki, Azərbaycanın milli ordusu lazım olan məqamda Ali baş komandamızın əmri ilə öz sözünü deməyə qadirdir. Ümid edirik ki, tez bir zamanda torpaqlarımız işğaldan azad olar və 2017-ci ili öz doğma Qarabağ torpaqlarımızda qeyd edərik.
        Tədbir Xocalı rayon Mədəniyyət evinin hazırladığı musiqili əyləncəli proqramla davam etmişdir.

Keçidlər