Şriftin ölçüsü :

Saytın rəngi :

“Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni İl” bayramı münasibətilə ümumrayon tədbiri keçirildi.

29 dekabr 2017 | 16:00

29.12.2017-ci il tarixdə Xocalıların müvəqqəti məskunlaşdığı Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində Xocalı rayon Mədəniyyət evində “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni İl” bayramı münasibətilə ümumrayon tədbiri keçirildi. Tədbirdə Xocalı rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini Vahid Əliyev, idarə, müəssisə rəhbərləri və işçiləri, məktəbli şagirdlər iştirak etdilər.
     Tədbiri giriş sözü ilə açan Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə xanım Qarayeva hər iki əlamətdar bayram münasibətilə tədbir iştirakçılarını təbrik etdi, onlara yeni ildə yeni - yeni nailiyyətlər, can sağlığı arzuladı.
     Xocalı rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini icra edən Xocalı rayon İcra Hakimiyyəti Başçısının müavini Vahid Əliyev çıxışında yola saldığımız ilin ölkəmiz və rayonumuz üçün uğurlu illərdən biri olduğunu vurğuladı. O, qeyd etdi ki, 2017-ci ildə iqtisadiyyatımızın inkişaf tempi qorunub saxlanıldı. Beynəlxalq aləmdə ölkəmizin nüfuzu daha da artdı. Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi ən əlamətdar hadisələrdən biri oldu. Məcburi köçkünlər üçün yeni qəsəbələr istifadəyə verildi. Cocuq Mərcanlı kəndinin timsalında “Böyük Qayıdış” prosesinə start verildi. Ölkəmizdə bütün sahələrlə yanaşı, kənd təsərrüfatı da inkişaf etdirildi. Rayonumuzda baramaçılığın inkişaf etdirilməsi məqsədilə Aşağı Ağcakənd qəsəbəsində xüsusi ayrılmış sahədə əlavə 6500-ə qədər tut ağacı əkildi. Meşəli qəsəbəsinin əsas problemlərindən biri olan suvarma su sistemi öz həllini tapdı. Goranboy - Yuxarı Ağcakənd avtomobil yolunda bərpa işləri yekunlaşdı.
     Vahid Əliyev xalqımızın həmrəy olmasının, Cənab Prezidentimizin ətrafında sıx birləşməyimizin vacibliyini nəzərə çatdırdı. Yeni ildə bayramlarımızı doğma torpaqlarımızda qeyd etməyimizi arzuladı.
     Tədbir Xocalı rayon mədəniyyət işçilərinin vətənpərvərlik ruhunda ifa etdiyi şən musiqi nömrələri ilə davam etdi. Məktəb şagirdlərinin hazırladıqları əyləncəli səhnəciklər tədbir iştirakçılarında xoş ovqat yaratdı.
     Sonda Şaxta baba uşaqlara bayram hədiyyəsi payladı.

Keçidlər