Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın 10 milyonuncu vətəndaşının dünyaya gəlməsi münasibətilə ümumrayon tədbiri.

07 aprel 2019 | 16:00

07.04.2019-cu il tarixdə xocalıların müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Azərbaycanın 10 milyonuncu vətəndaşının dünyaya gəlməsi münasibətilə Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə silsilə tədbirlər keçirildi.
Keçirilən ağacəkmə akiyasında Xocalı şəhər 4 saylı tam orta məktəbinin həyətində 100 ədəd meyvə ağacı əkildi. Aksiyada Xocalı rayon Təhsil Şöbəsinin əməkdaşları, şöbənin nəzdində fəaliyyət göstərən Xocalı şəhər 4 saylı, 5 saylı, Cəmilli və Meşəli kənd tam orta məktəblərinin kollektivi, Xocalı rayon Mərkəzi Xəstəxanasında və rayonun digər idarə və müəssisələrində çalışan işçilər iştirak etdilər.
Sonra Xocalı şəhər Mədəniyyət Evində şənlik tədbiri təşkil edildi.
Rayon mədəniyyət işçilərinin ifasında konsert proqramı tədbir iştirakçılarının ovqatını artırdı.
  Tədbirdə çıxış edən Xocalı rayon İcra Hakmimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva bildirdi ki, bu gün Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və xalqımızı daha parlaq gələcəyə aparan hərtərəfli inkişaf yolunun Prezident cənab İlham Əliyev tərəfindən uğurla və inamla davam etdirilməsi, yaradılmış əlverişli iqtisadi şərait davamlı və sürətli inkişafı təmin etmişdir. Son illərdə Azərbaycan əhalisinin sayının sürətlə artması Prezident İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi ilə Azərbaycanda iqtisadi inkişaf, sabitlik və əhalinin sosial rifahının yaxşılaşması istiqamətində görülən böyük işlərin nəticəsidir. Aparılan sosial-iqtisadi siyasətin əsas uğurlarından biri kimi, dayanıqlı inkişaf şəraitində Azərbaycanda müsbət demoqrafik şərait bərqərar olmuşdur.
Çıxışlarda işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad olması və körpələrimizin həmin torpaqlarımızda dünyaya göz açması arzusu dilə gətirildi. Azərbaycanın 10 milyon vətəndaşa sahib qüdrətli dövlət olduğu vurğulandı.
  Tədbir xoş ovqatla yekunlaşdı.

Keçidlər