Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkə başçımızın qəbul etdiyi optimal qərarlar nəticəsində dövlətimiz Covid -19 adlanan bu düşmənə də tezliklə qalib gələcəkdir

09 iyul 2020 | 16:00

Hal-hazırda bütün bəşəriyyətin mübarizə apardığı koronavirus və onun törətdiyi mənfi nəticələr heç bir ölkədən yan keçməmişdir. Lakin bu bəla ölkələrin Covid-19 ilə bağlı gördüyü preventiv tədbirlərindən asılı olaraq hər bir ölkəyə müxtəlif dərəcədə təsir göstərmişdir. Öz səhiyyəsi ilə daim öyünən ABŞ, İtaliya, Fransa, İspaniya, Almaniya kimi dünya nəhənglərinin belə qarşısında aciz qaldığı bu düşmənlə mübarizədə ölkəmiz  ulu öndər Heydər Əliyevin layiqli davamçısı ölkə başçımız Cənab İlham Əliyevin yerində qəbul etdiyi qərarlar nəticəsində minimum zərərlə əmin addımlarla qələbəyə doğru irəliləyir. Hələ mübarizənin əvvəlində ən pis halları nəzərə alaraq prezidentimiz  modul tipli xəstəxanaların tikilməsi haqqında göstəriş verdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə mayın 7-də Bakıda Sahəsi 3000 kvadratmetr olan 1 saylı Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərəcək ilk modul tipli xəstəxananın açılışı oldu. Belə modul tipli xəstəxanalar bölgələrdə də fəaliyyətə başladı. Sonuncu belə koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalın açılışı iyulun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakının Xətai rayonunda  olub. Onlar Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin açılışında iştirak ediblər. Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin modul tipli hospitalı 10 korpusdan ibarətdir. Burada 800 xəstəni qəbul etmək üçün hər cür imkan var və laborator müayinələri də qısa müddət ərzində keyfiyyətlə aparmağa imkan verir. İndiyə qədər 10 modul tipli xəstəxananın tikilişinə başlanılıb və artıq bir neçəsinin açılışı olub. Bu cür modul tipli tibb ocaqları səhiyyəmizə 2000 çarpayılıq ehtiyyat yaradacaq. Yaradılan şəraitlə tanışlıqdan sonra ölkə başçısı Cənab İlham Əliyev Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına müsahibə verib. O, ilk öncə modul tipli xəstəxanaların zəruriliyindən danışıb. Prezident İlham Əliyev bildirib ki, artıq Bakıda 2, Sumqayıtda 1, Gəncədə 1 və Abşeronda 1 modul tipli xəstəxana artıq fəaliyyətdədir və 5 modul tipli xəstəxananın tikintisi də davam edir. Əlbəttə ki, bu 10 modul tipli xəstəxananın inşası gündəlik xəstə sayısı 30-40 olan vaxtlar üçün nəzərdə tutulmuşdu. İndi isə gündəlik xəstə sayısı 500-ə qədər qalxmışdır və daha yeni 10 modul tipli xəstəxananın inşası zərurəti yaranmışdır. Prezidentimiz onu da qeyd edib ki, bir çox dünya dövlətlərində pandemiya ilə mübarizədə sərt karantin rejiminin yumuşaldılmasından sonra vəziyyət daha da gərginləşib. Lakin ölkəmizdə bir çox dövlətlərlə müqayisədə qəbul edilən düzgün qərarlar sayəsində xəstə sayısı artmasına baxmayaraq vəziyyət nəzarət altındadır. Ölkəmizlə müqayisədə əhalisi eyni olan inkişaf etmiş ölkələrdə xəstə sayı 60-70 min, həlak olanların sayı isə 10 mindir. O, həmçinin insanların Covid-19 ilə mübarizdə məsuliyyət daşımasının zəruriliyindən danışıb.
     Cənab prezidentimizin pandemiya ilə mübarizəsi digər dövlətlər tərəfindən, eləcə də Dünya Səhiyyə Təşkilatı tərəfindən də müsbət qiymətləndirilir.


Fatimə Quliyeva,
Xocalı rayon Əli Kərim adına Başkənd kənd tam orta məktəbin ingilis dili müəllimi

Keçidlər